Icma.az
close
up
RU
Namiq Abdullayev: Bu, regionlarda güləşi daha da populyarlaşdırmaq məqsədi daşıyır

Namiq Abdullayev: Bu, regionlarda güləşi daha da populyarlaşdırmaq məqsədi daşıyır

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

"Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi ilk dəfə Gəncədə keçirilir".

Bunu İdman.biz-ə Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev deyib.

O, ilk dəfə Gəncədə təşkil olunan 15 yaşadək güləşçilərin Azərbaycan birinciliyini dəyərləndirib. Olimpiya çempionu bildirib ki, yarışın burada keçirilməsi regionlarda idmanın bu növünün kütləviləşməsinə və populyarlaşmasına hesablanıb: "Bildiyiniz kimi, Gəncə ölkədə güləşin ən çox sevildiyi və inkişaf etdiyi məkanlarından biridir. Bu səbəbdən bu yarışın Gəncədə keçirilməsi təsadüfi deyil. Ölkə birinciliyinin bölgələrdə keçirilməsi regionlarda güləşi daha da populyarlaşdırmaq, kütləvilik yaratmaq məqsədi daşıyır. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Azərbaycan Güləş Federasiyasına bu çətin vəzifənin öhdəsindən gəlməyə, bu tip yarışları keçirməyə yaxından kömək edir. Fürsətdən istifadə edib, bu qurumlara federasiyamız adından təşəkkürümü bildirirəm".

Abdullayev vurğulayıb ki, bu yaş qrupu güləşin təməli sayılır: "Məhz bu yarışlarda gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır. Növbəti yarışımız olan U-17 ölkə birinciliyi isə Astarada keçiriləcək".

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən yarışda sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub. Martın 5-6-da yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Mart 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri