Icma.az
close
up
RU
Namiq Aygünlə bağlı iddialara cavab verdi: “Guya mən qorxmuşam”

Namiq Aygünlə bağlı iddialara cavab verdi: “Guya mən qorxmuşam”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə gün öncə Xalq artisti Aygün Kazımova və duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlunun çıxış etdiyi toyda qalmaqal yaşanıb. Bəyin dostu səhnəyə çıxaraq A.Kazımovanın üstünə gəlib və çox yaxın məsafədən rəqs etməyə başlayıb. Müğənninin narahatlığını hiss edən musiqiçilərdən biri dərhal onu qorumağa və qonağı uzaqlaşdırmağa çalışıb. Lakin həmin şəxs heç kimə məhəl qoymayaraq yenidən müğənniyə yaxınlaşmağa cəhd edib. Onu səhnədən toydakı qonaqlar uzaqlaşdırıb.

Həmin vaxt N.Qaraçuxurlu da səhnədə olub, lakin hadisəyə müdaxilə etməyib. Onun bu davranışı sosial şəbəkələrdə müzakirə yaradıb, meyxanaçı duet ortağının durumuna biganə qalmaqda ittiham edilib.

“Yeni Sabah” xəbər verir ki, N.Qaraçuxurlu bu məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. pizza sifarişi

O, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib:

“Mən öz mədəniyyətimlə fəxr edən adamam. Bütün incəsənət adamlarını da belə görmək istəyirəm. Bu sizin bir neçə gündür seyr etdiyiniz görüntülərdən 5 dəqiqə öncə baş verən səhnədir . Bu qardaşımız doğmamız, azərbaycanlımızdır. Mənə və sonra Aygün xanıma olan sevgisini son dərəcə saflıqla, içdən bildirən adamdır. Hətta mən səhnədən çıxdıqdan sonra Aygün xanım onu yenidən səhnəyə səsləyirdi. Belə bir adamı sosial şəbəkələrdə az qala terrorçu elan ediblər. Guya mən 5 dəqiqə öncə qucaqladığım bu qardaşımızdan qorxmuşam. Toy sahiblərinin bu qardaşımıza yaxınlaşdığını, ümumiyyətlə burada heç bir xəta ola bilməyəcəyini görüb kənardan “orada dava gedir” ab-havası yaranmasın deyə uzaqlaşmağımı bu qədər səmimi, sevgi dolu bir adamdan qorxmağım kimi təqdim edirlər”.

N.Qaraçuxurlu onu qınayanları məsələyə düzgün yanaşmamaqda günahlandırıb:

“Biz belə sevgiylə demək olar ki, hər gün rastlaşırıq. Belə insanlara qayğı ilə yanaşmağı şəxsən mən özümə borc bilirəm. Bəzi travması olan insanlara səslənirəm: Allah şahiddir ki, mən sizi başa düşürəm. Kaş ki taleyiniz belə olmazdı. Çünki siz də bizim doğma millətimizsiniz. Lakin siz məndən özünüz kimi biri düzəldə bilməyəcəksiniz. Mən qanacağım və düşüncəm ilə sizin övladlarınıza dəyərlər ötürməyi daha vacib sayıram.

Sonda xəbis adamları lərzəyə salacaq bir dua: Allah sizə də, mənə də ürəyimizə görə versin”.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see203

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see196

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see195

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see174

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see166

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see166

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see158

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see142

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see139

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see134

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see133

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri