Namiq Hümmətov Daşkəsəndə vətəndaşları qəbul edib KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov noyabrın 29-da Daşkəsən şəhərində vətəndaşları qəbul edib.
KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Gəncə, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların torpaq münasibətləri və tikintiyə icazə icraatı ilə bağlı sualları cavablandırılıb, şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə ətraflı məlumat verilib.
Namiq Hümmətov səfər çərçivəsində həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşərək, şəhərin Baş Planının icra vəziyyəti, sakinlərin həyat keyfiyyətini yüksəltmək və rahatlığını təmin etmək məqsədilə ictimai məkanların yaradılmasına dair planlaşdırılan işləri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 29 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















