Namiq Şirinliyə 4 il həbs cəzası verildi Okean restoranındakı bıçaqlaşma
Icma.az bildirir, Lent az portalına istinadən.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Namiq Şirinlinin 4 il müddətinə azadlıqdan məhrum edildiyini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Namiq Şirinlinin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən "Okean" restoranında baş verib. Namiq Şirinli Qazıyev Babək və Qazıyev Asəfin oturduğu masaya yaxınlaşaraq pul tələb edib. Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N. Şirinli daha sonra cibindən çıxardığı bıçaqla Qazıyev Babək və Qazıyev Asəfin qarın nahiyələrinə zərbə vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub.
Baxış sayı:108
Bu xəbər 19 Avqust 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















