Icma.az
close
up
RU
“Nane Pub” insident: Mehman Əzizov restoranda oğlumun doğum günündə məni döydü….

“Nane Pub” insident: Mehman Əzizov restoranda oğlumun doğum günündə məni döydü….

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Cüdo üzrə milli komandamızın sabiq böyük məşqçisi Mehman Əzizov restoranda adam döyməkdə ittiham olunur.

Bu barədə Bakupost.az -a müraciət edən Bakı sakini Qənbər Qənbərov iddia edir ki, idmançı yanındakı şəxslə birlikdə ona ağır bədən xəsarətləri yetirib. Hadisənin “Nanə Pub”da baş verdiyi deyilir. Şikayətçi redaksiyamıza müraciətində qeyd edib ki, insident ailəsinin gözü qarşısında baş verib və nəticədə ciddi bədən xəsarətləri alıb:

“Aynı 23-də Nizami rayon məhkəməsinin yanında yerləşən “Nanə Pub”da öz uşağımın ad gününü qeyd eləmək üçün ailəmlə birlikdə oturmuşdum. Təqribən saat 23-24 radələrində yan masadan nalayiq ifadələr və oynayarkən qola dəymək, eləcə də sataşmalarla rastlaşdım. İki dəfə üzrxahlıq etdilər, lakin yenə nalayiq ifadələrə başladılar. Yaxınlaşdım iradımı bildirməyə ki, “burada ailəmlə oturmuşam, xahiş edirəm, özünüzü düzəldin”. Onlar isə mənə nalayiq sözlər dedilər. Üç nəfər idilər, onlardan biri əlində şərab butulkası ilə ilə məni hədələyərək “bunu başına vuraram” dedi. Mən ararlarında ayıq olanı (Sonradan öyrəndim ki, o Mehman Əzzov imiş) bayıra çağırıb xahiş elədim ki, ailəmin yanında özlərini yaxşı aparsınlar. O isə mənə cavab verdi ki, “sən heç nə edə bilməzsən”. Sonra iki nəfər birdən üstümə gəldi. Huşumu itirəndə hiss edirdim ki, böyrümə, başıma zərbələr endirdilər. Nə ilə vurduqlarını bilmədim, dəmir və ya taxta idi. Onlar məni ailəmin gözü qarşısında çox pis vəziyyətdə döydülər. Həmin gün 25-ci polis bölməsinin əməkdaşları məni apardılar. Saat 3-ə qədər orada oldum, izahatımı aldılar. Sonra restorana qayıtdım ki, hesabı ödəyim, amma gördüm cibimdəki pul yoxdur. Cibimdəki 100 dollar və 187 manat pul yox idi. Səhəri gün Sabunçu xəstəxanasında qeydiyyatdan keçdim. Hər yerimdə ağrı var idi. Sonra öyrəndim ki, məni vuran şəxslərdən biri cüdoçu Mehman, digəri isə Rəşad adlı şəxsdir. Onlar yeznə-qayındılar”.
Qənbər Qənbərov bu barədə tədbir görülməsini istəyir:
“Xahiş edirəm ki, bu barədə tədbir görülsün. Hazırda ekspertizadan keçmişəm, ordan da xəstəxanaya gedib, müayinə olundum. Burnumda qırıq, ayağımda isə çat var. Ağrılarım getdikcə artır. Həmin gün çox şeyi hiss etməmişdim. Burnum sınıb, gözümün ətrafı göyərib, iki dişim sınıb, yerə yıxıldığıma görə topuğum çatlayıb, bundan başqa böyrək nahiyəmdə ağrı hiss edirəm.
Restoranda qırılan qab-qacağı da mənim üzərimə yıxıblar. Halbuki cibimdən pulum da itmişdi. Ən əsası da bütün bunlar ailəmin, azyaşlı övladlarımın gözü qarşısında baş verib. Uşaqlarım bu hadisə nəticəsində travma alıblar. 6 yaşını qeyd etdiyimiz oğlum, mənə deyir ki, bir də ad günü keçirməyək…”.
Cüdoçu Mehman Əzizov məsələ ilə bağlı açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi:“Yalandır, belə bir şey ola bilməz. Kimdirsə sizə yalan deyib. O restoranda bir neçə dəfə olmuşam, amma yaxın vaxtlarda getməmişəm”.
Hadisənin baş verdiyi deyilən “Nanə Pub” restoranı ilə əlaqə saxladıq. Restoranda belə bir hadisənin baş verdiyini təsdiqlədilər:

“İki müştəri içkili olub, aralarında mübahisə yaranıb. Təfərrüatı bilmirik. Məsələ hazırda 25-ci Polis Bölməsində araşdırırlır, ordan öyrənə bilərsiz”.
Qeyd edək ki, Mehman Əzizov 2 il əvvəl Azərbaycan Cüdo Federasiyası tərəfindən millinin böyük məşqçisi vəzifəsindən azad olunub. İdmançı açıqlamasında müqaviləni oxumadan imzaladığını, işdən çıxarılma səbəbini bilmədiyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Avqust 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see163

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see157

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see154

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see141

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see128

Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09 Oktyabr 2025 13:03see127

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see124

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see124

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see123

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see122

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see122

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see121

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see120

Tramp Netanyahunun istəyindən danışdı: Mütləq edəcəm

09 Oktyabr 2025 09:39see119

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see119

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see119

Quterreş HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb

09 Oktyabr 2025 11:52see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri