Nanənin xəbəri olmayıb Əməkdar artist qalmaqallı sürprizdən danışdı
Icma.az, Publika.az portalına istinadən məlumat verir.
Əməkdar artist İlkin Əhmədov “7 Tamam” verilişində yaşadığı qalmaqaldan danışıb.
Publika.az xəbər verir ki, “Xəbərin var?” proqramında qonaq olan xanəndə həmin məsələdə aparıcı Nanə Ağamalıyevanın günahının olmadığını bildirib:
"Nanə xanımın bu məsələdən xəbəri olmayıb. Orada bir işçi var, heyif ki, elə işçilər var. Prodüserdir və o, Nanə xanımı razı salıb ki, İlkin bəyin xəbəri var. Məndə də səs yazıları var idi. Onları üzə çıxartdım ki, etiraz etmişəm. O xanım haqda ölçü götüzdürəcəkdim. Sona kimi getmişdim. Lakin həmin şəxsin xanım olması və səhvlərini etiraf etmələri məni fikrimdən daşındırdı. Həm də kanalın adının hallanmasını istəmədim. Mən belə şeylərlə gündəmdə olmaq istəmirəm, ayıbdır".
Qeyd edək ki, Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilmişdi. Muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 04 Dekabr 2024 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















