Icma.az
close
up
RU
Nankor molla rejimi məhvə məhkumdur TƏHLİL

Nankor molla rejimi məhvə məhkumdur TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı generallar ordudan istefa verərək Təbrizdə genişlənən müstəqillik mübarizəsinə qoşuldular

Dünya yaranandan bu günə qədər fars-molla rejimi qədər vəhşi, amansız rejim olmayıb. Dinc sakinləri müxtəlif bəhanələrlə öldürmək, zindanlarda çürütmək onlar üçün adi hala çevrilib. Bununla yanaşı, onlar dünyanın müxtəlif bölgələrində amansız terror aktları təşkil etməklə kütləvi insan qətliamları həyata keçirirlər. Ona görə də, cəmiyyətlər, eləcə də rejimin nəzarət etdiyi ərazilərdə yaşayan xalqlar əmmaməli mollalardan canlarını qurtarmaq üçün mübarizə aparırlar. Təəssüf ki, rejim müasir silahlara, ağır texnikaya sahib olduğundan azadlıq mübarizəsinə qalxan xalqlar, o cümlədən də 50 milyonluq Güney Azərbaycandakı soydaşlarımız hələ ki, hədəflərinə çata bilmirlər. Ancaq Güney Azərbaycanda yaşayan soydaşlarımız azadlıq mübarizəsində qərarlıdırlar. Ümidlidirlər, həm də əmindirlər ki, fars-molla rejimini məhv edib müstəqil dövlətçiliklərini quracaqlar. Hədəflərə çatmağın uzun çəkməyəcəyini ABŞ- İsrail birliyinin fars-molla rejimini sıradan çıxarmaq üçün apardıqları əməliyyat da təsdiqləyir. Artıq molla rejimi sərrast zərbələr nəticəsində məhv olmaqdadır. Bu dəfə də rejim ABŞ və İsrailə zərər verə bilmədiyini anladığından, qorxaqcasına region dövlətlərini hədəf alır. Ötən gün qardaş Türkiyəyə raket atan molla rejimi martın 5-də Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Xain hücum zamanı Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura zərər dəyib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 2 nəfərə baş-beyin travması, digər 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Hazırda hər biri müvafiq şöbələrə yerləşdirilib və müalicələri davam etdirilir. Bu xain hücum terror aktıdır. Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, - şərəfsizlikdir. Prezidentimiz açıq şəkildə fars –molla rejiminə xəbərdarlıq etdi. Bildirdi ki, bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı: ""Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü".

"Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir"

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı: "Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.

Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyev onu da bildirdi ki, son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı: "Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq".

Molla rejimini tarixin arxivinə gömməyin vaxtıdır

Azərbaycanın bölgəsinin hədəf seçilməsi fars-molla rejiminin terror rejim xislətindən irəli gəlir. Hansı ki, bu rejim yarandığı dövrdən insanlığa qarşı düşmən kəsilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsində də molla rejiminin xüsusi rolu olub. Bunu Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan çıxışlarının birində qeyd etmişdir ki, İranın siyasi, hərbi dəstəyi olmasaydı, Ermənistan Azərbaycan torpaqlarını işğal edə biilməzdi. İşağdan sonra da molla rejimi Ermənistana və keçmiş separatçı rejimə öz dəstəyini əsirgəməmişdir. Elə ki, Azərbaycan torpaqlarını erməni işğalından azad etməyə başladı. Molla rejimi yenə də özünün düşmənçilik xislətini nümayiş etdirdi. Müxtəlif təxribatçı əməlləri milə Azərbaycanın qələbəsinə kölgə salmağa, regionun lider dövləti olmasına əngəllər yaratmağa cəhdlər göstərdi. Zəngəzur dəhlizi açılması üçün dünyanın aparıcı dövlətləri, eləcə də Azərbaycan və Ermənistan səylərini birləşdirdiyi məqamda rejimin gorbagor olmuş baş mollası "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir", - deyə bildirdi. Onun anormal fikrindən ruhlanan bir sıra dövlətlər tərəfindən terrorçu hərbi qruplaşma kimi tanınan SEPAH-ın komandirləri çıxışlarında Zəngəzurun açılmasına imkan verilməyəcəyini sayıqladılar. İndi isə onların sonu yaxınlaşmaqdadır. Daha doğrusu, artıq ABŞ-nin və İsrailin bombardmanları nəticəsində fars-molla rejiminin əksər hərbi, siyasi rəhbərliyi, o cümlədən baş molla öldürülüblər. Ümumilikdə isə yüzə yaxın yüksək general, hərbi komandir məhv ediliblər. Növbədə dayanıb o dünyaya göndərilmələrini gözləyən fars-molla rejiminin siyasi, hərbi rəhbərliyi müxtəlif təxribatları ilə regionun sabitliyini pozmağa, öz dayaz düşüncələri ilə qisaslarını almağa ümid edirlər. Azərbaycanın da hədəf seçilməsi cılız hisslərdən irəli gəlir. Sual olunur, bu naqis rejim niyə Ermənistanı vurmur? Axı Avropa İttifaqının mülki missiyası Ermənistandadır. Digər tərəfdən ABŞ-ın hərbi bazası Ermənistanda fəaliyyət göstərir. Səbəbi aydındır, fars –molla rejimi Ermənistanı özünün dostu, yaxın qardaşı hesab edir.

Azərbaycanlı generallar dron hücumuna etiraz əlaməti olaraq molla rejiminin ordusundan istefa verdilər

Fars-molla rejiminin Azərbaycana qarşı tutduğu şərəfsiz, nankor fəaliyyət Güney Azərbaycanda kəskin etirazla qarşılanıb. Artıq verilən məlumatlara görə, molla rejiminin ordusunda xidmət edən çoxsaylı zabit, o cümlədən generallar Naxçıvana edilən dron hücumuna etiraz əlaməti olaraq ordu sıralarından istefa veriblər. Hətta ordudan istefa verən generallar Təbrizdə əhalinin müstəqillik uğrunda genişlənməkdə olan aksiyalarına qoşulublar. Prosesin bundan sonra daha da genişlənəcəyi deyilir. Bu arada Təbriz Gənclər İttifaqı molla rejiminin Azərbaycana hücumu ilə bağlı bəyanat yayıb. Bəyanatda fars-molla rejimi sərt formada tənqid edilir. Xəbardarlıq olunur ki, terror əməlinə görə üzr istənilməsə, sərt tədbirlər görüləcək: "Biz tez bir zamanda İran rəsmilərindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı açıqlama gözləyirik. Qeyri müəyyən məqamlar var, amma İran rejimindən dərhal açıqlama və izah gözləyirik. Əks halda Təbrizdə etiraz aksiyalarına başlayacağıq".

Verilən məlumatlara görə, artıq Güney Azərbaycanda insanlar küçələrə çıxaraq azadlıq mübarizəsini davam etdirməyə başlayıblar. Bu dəfə mübarizənin qələbə ilə başa çatacağı şübhəsizdir. Çünki güneyli soydaşlarımız bu dəfə daha mütəşəkkil fəaliyyət müəyyənləşdiriblər. Bu baxımdan tam qətiyyətlə demək olar ki, Güney Azərbaycanda dövlət müstəqilliyinin qurulmasına sayılı günlər qalıb. Qısa müddət sonra Səttarxanın, Pişəvərinin yarımçıq qalan dövlətçilik ənənəsi bərpa olunacaq.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Mart 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri