Icma.az
close
up
RU
Napoleondan sonra ilk: Trampın addımı əks effekt verdi?

Napoleondan sonra ilk: Trampın addımı əks effekt verdi?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ prezidenti Donald Trampın qarşıdurma yaşadığı qurumlar sırasına indi də Papalıq daxil olub. Miqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) əməliyyatları və İran müharibəsi ilə bağlı Trampı tənqid edən Papa XIV Lev ABŞ prezidentinin hədəfinə çevrilib. Bu yaxınlarda özünü İsa kimi təqdim edən bir paylaşım edib daha sonra onu silən Trampın katoliklər arasındakı dəstəyi də azalır. Analitiklər bildirirlər ki, Tramp bu dəfə özünə çətin rəqib seçib.

Qaynarinfo xəbər verir ki, Napoleondan bəri heç bir siyasi lider Papa ilə ABŞ prezidenti Donald Tramp qədər açıq qarşıdurmaya girməmişdi. Analitiklərin fikrincə, Tramp bu dəfə kifayət qədər güclü bir rəqiblə üz-üzədir.

2025-ci ilin mayında vəzifəyə başlayan Papa XIV Lev Çikaqodan olan ilk Papa kimi Trampı açıq şəkildə tənqid edir. İran müharibəsi səbəbilə tərəflər arasında yaranan gərginliyin Papalığın ən böyük sınaqlarından biri olduğu qeyd olunur və Papa geri addım atmır. İndiyədək bu açıq qarşıdurmada həm ABŞ-da, həm də dünyada katoliklərin tənqid hədəfi daha çox Tramp olub.

Tramp Papa XIV Levi "sol qüvvələrə xidmət etməkdə” ittiham edir. O, həmçinin "Truth Social” platformasında süni intellektlə hazırlanmış, özünü İsa kimi göstərən bir görüntü paylaşmışdı. Bu paylaşım ABŞ-da dindar sağ kəsimin kəskin reaksiyasına səbəb oldu. Tramp daha sonra paylaşımı silərək bunun əslində onu "həkim kimi təsvir edən” bir şəkil olduğunu iddia etdi.

Papa XIV Lev isə Trampdan çəkinmədiyini və İran müharibəsinə qarşı mövqeyini davam etdirəcəyini açıqlayıb.

Roma mərkəzli Appia İnstitutunun direktoru Françesko Sisi bildirir ki, Tramp üçün əsas çətinliklərdən biri Levin sələfi Papa Fransisk kimi təkbaşına hərəkət etməməsidir. Bu isə onu təcrid etməyi və ya zəiflətməyi çətinləşdirir.

Vatikanı izləyən bəzi müşahidəçilər hesab edir ki, qlobal siyasətdə artan qeyri-sabitlik Katolik Kilsəsi üçün son illərdə cinsi istismar qalmaqalları səbəbilə zədələnmiş mənəvi nüfuzunu bərpa etmək imkanı yaradır. Papa XIV Lev xüsusilə sülh və dialoqa çağırışları ilə qlobal xristian icmalarında geniş dəstək qazanır.

"NBC News" tərəfindən ötən ay keçirilən sorğuya əsasən, Papa XIV Levin ABŞ-da populyarlığı Trampdan xeyli yüksəkdir. Papa +34 xal dəstək səviyyəsinə malik olduğu halda, Tramp -12 xal göstəricisi ilə geri qalır.

Ağ Ev sözçüsü Teylor Rocers isə Trampın katoliklərin dəstəklədiyi siyasətlər apardığını bildirib. Onun sözlərinə görə, Tramp dini azadlıqları genişləndirib, abort əleyhinə fəalları əfv edib və yetkinlik yaşına çatmayanlar üçün gender dəyişimi ilə bağlı tibbi prosedurları məhdudlaşdırıb. Rocers əlavə edib ki, katolik amerikalılar Trampdan daha güclü prezident görməyiblər.

Bu qarşıdurmanın əsas səbəblərindən biri ABŞ administrasiyasının İran müharibəsini bəzən "Allaha xidmət” kimi təqdim etməsi və Papa XIV Levin müharibənin dağıtdığı dünyada Katolik Kilsəsinin mənəvi nüfuzunu bərpa etmək cəhdləridir. Tərəflər arasında gərginlik aylardır davam edir.

Münaqişə ilk olaraq Trampın sərt miqrasiya siyasəti ilə başlamışdı. Daha sonra Venesuela və İranla bağlı hərbi addımlar bu gərginliyi artırdı.

Analitiklərin fikrincə, bu qarşıdurma hər iki tərəf üçün risklidir, lakin daha böyük risk Tramp üçün mövcuddur. ABŞ-da fəaliyyət göstərən "Acton” Din və Azadlıq Araşdırmaları İnstitutunun həmtəsisçisi keşiş Robert Siriko qeyd edir ki, Trampın Papa ilə bağlı çıxışları onun əsas seçici bazası olan katolikləri uzaqlaşdırır.


Trampın Papa haqqında şərhləri İtaliya qəzetlərində "təhqir" və "hücum" ifadələri ilə manşetlərə çıxdı

Vaşinqton Universitetindən siyasi analitik Rayan Börc də bildirir ki, Trampa səs verən bir çox seçici son günlərdə narazılıq ifadə edir və "niyə bizim Papamızla mübahisə edirsən?” sualını verir.

Ənənəvi olaraq katolik seçicilər ABŞ-da Respublikaçılar və Demokratlar arasında bərabər bölünsə də, son seçkilərdə onların 56 faizi Trampı, 42 faizi isə Kamala Harrisi dəstəkləmişdi. Lakin son sorğular göstərir ki, bu dəstək azalır və katoliklərin 52 faizi Trampın fəaliyyətini bəyənmir.

Xüsusilə latın mənşəli katoliklərə təsir edən ICE əməliyyatları narazılığın əsas səbəblərindən biridir. Papa XIV Lev və ABŞ-dakı din xadimləri bu əməliyyatları insan ləyaqətinə zidd hesab edir, Ağ Ev isə bu tənqidləri rədd edir.

2024-cü ildə Trampı dəstəkləyən "CatholicVote” təşkilatı da xəbərdarlıq edib ki, katoliklər arasında ICE-ə inamsızlıq aralıq seçkilərdə Respublikaçılara mənfi təsir göstərə bilər.

Buna baxmayaraq, Tramp mövqeyindən geri çəkilmir. O, İtaliyanın "Il Corriere della Sera” qəzetinə müsahibəsində Papa barədə tənqidlərini təkrarlayaraq bildirib ki, Papa İranla bağlı vəziyyət haqqında kifayət qədər məlumata malik deyil.

ABŞ-ın katolik vitse-prezidenti Cey Di Vens isə daha yumşaq mövqe nümayiş etdirərək Vatikanla fikir ayrılıqlarının normal olduğunu qeyd edib. O bildirib ki, Vatikan daha çox mənəvi məsələlərlə, ABŞ rəhbərliyi isə dövlət siyasəti ilə məşğul olmalıdır.

Eyni zamanda katolik icmalar vurğulayır ki, onların dini inancları abortdan yoxsulluğa, müharibədən sülhə qədər bir çox ictimai siyasət sahəsinə təsir edir və bu mövzular bütün siyasi qüvvələr üçün həssasdır.

Qeyd: Yazı ABŞ-ın "The Wall Street Journal" qəzetində dərc olunmuş "Papa Lev Tramp üçün niyə bu qədər çətin rəqibdir?" başlıqlı məqalə əsasənda hazırlanıb.


Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Aprel 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri