Napoli ilə qarşılaşan Qarabağ dan qənaət iddialarına REAKSİYA
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli” ilə qarşılaşan “Qarabağ” futbol klubu ilə bağlı sosial şəbəkələrdə iddia yayılıb.
Ölkə.Az xəbər verir ki, idman xəbərləri ilə bağlı paylaşım edən səhifələrdən biri Ağdam təmsilçisinin "qənaət üçün" fotoqrafını Neapol şəhərinə aparmadığını yazıb.
Həmin fotoqrafın da öz büdcəsi ilə "Galatasaray - USG" oyunu çəkməyə İstanbula yollandığı bildirilib.
Bununla belə, “Qarabağ”ın sosial şəbəkə səhifələrində oyundan öncə və matç zamanı çəkilmiş fotolar yayımlanıb.
Ölkə.Az məsələyə aydınlıq gətirmək üçün “Qarabağ” FK-nın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında klubun öz işini planlı şəkildə qurduğunu və fotolarla bağlı hər hansı bir problem yaşanmadığını söyləyib:
“Bu adamlar müəyyən mənada “Qarabağ”ın adından istifadə edib səhifələrini reklam edirlər.
Biz işlərimizi düzgün şəkildə planlamışıq. Heyətimizdə fotoqraf və digər istiqamətlərdə çalışan media nümayəndələri səfərə gedib. Həm U-19 oyunundan həm də əsas komandanın oyunundan yetərincə foto materiallar paylaşılıb. Bu barədə hər hansı bir problemimiz olmayıb”, - deyə o əlavə edib.
Billurə
Baxış sayı:74
Bu xəbər 26 Noyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















