Icma.az
close
up
RU
Napoli nin baş məşqçisi Qarabağ dan ehtiyat edir

Napoli nin baş məşqçisi Qarabağ dan ehtiyat edir

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

“Qarabağ”la qarşılaşmaya ciddi yanaşırıq.

"Unikal" xəbər verir ki, bu sözləri İtaliyanın "Napoli" komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə "Qarabağ"la keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin bu mövsüm Çempionlar Liqasında sürpriz nəticələrə imza atdığını qeyd edib: “Qarabağ” turnirin ən maraqlı və gözlənilməz komandalarından biridir. Onlar “Benfika” və “Çelsi” kimi klublarla matçlarda xal qazanıblar. Bu, rəqibin gücündən xəbər verir. Komandada bir-birinə yaxşı uyğunlaşmış, keyfiyyətli legionerlər və taktiki baxımdan nizamlı futbolçular var. Belə komandaya qarşı oynamaq bizdən böyük enerji, maksimum diqqət və intizam tələb edir”.

Oyun planı və taktiki seçimlərlə bağlı danışan mütəxəssis son vaxtlar tətbiq etdikləri üçlü müdafiə sxeminin məcburiyyətdən yarandığını bildirib: “Müdafiədə üçlü sistemə keçid məcburi addım olub. Heyətdəki itkilər, zədələr bizi buna vadar edib. Sadəcə oyun sxemini dəyişmək kifayət deyil, əsas məsələ komandanın daha yaxşı təşkilatlanmasıdır. Futbolda hər şeyi məşqçi yox, meydandakı oyunçular həll edir. Amma biz onlara düzgün şərait və balanslı plan təqdim etməyə çalışırıq”.

Zədəlilərlə bağlı vəziyyətə də toxunan baş məşqçi bəzi əsas heyət üzvlərinin görüşə hazır olmadıqlarını vurğulayıb: “Qapıçı Aleks Meret hazırda zədəlidir, amma siyahıya daxil edilib. Romelu Lukaku isə hələ də zədədən əziyyət çəkir. Bizim üçün çox vacib fiqurdur. O, bizim üçün meydanda liderimizdir. Amma Lukakunun sağlamlığı riskə atıla bilməz”.

“Napoli”nin A Seriyasının son turunda “Atalanta” üzərində qazandığı qələbəyə də münasibət bildirən Antonio Konte bu nəticənin komandaya müsbət enerji verdiyini, lakin bütün diqqətin artıq “Qarabağ”la matça yönəldiyini söyləyib: “Atalanta”ya qalib gəlmək bizə həm fiziki, həm də psixoloji baxımdan müsbət təsir etdi. Amma artıq bu oyun keçmişdə qalıb. “Qarabağ”la görüş tam fərqli olacaq. Biz bu matça ciddi yanaşırıq. Yaxşı bilirik ki, UEFA Çempionlar Liqasında asan oyun olmur”.

Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri