“Napoli” prezidenti Avropa Liqasının Formatında dəyişikliklərə çağırıb
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Napoli”nin prezidenti Aurelio De Laurentis oyun qaydalarına və Avropa liqalarının formatına dəyişiklik etməyə çağırıb.
İdman.Biz xəbər verir ki, De Laurentis futbolun illərdən bəri yığılıb qalan problemlərini dilə gətirib.
“Futbol klublarının rəhbərləri çox rahatlıqla oturduqları mövqelərini itirməkdən qorxduqları üçün dəyişmək istəmirlər. Amma həm oyun qaydalarını, həm də liqa formatlarını dəyişməyin vaxtı çatıb. Oyunlar çoxdur və düşünürəm ki, oyunçular artıq bir mövsümdə 50, 60 və ya 70 oyun keçirə bilmirlər”, - “Napoli”nin prezidenti “Football Italia”ya açıqlamasında deyib.
O əlavə edib ki, yığma komandaların oyunçuları üçün yaş həddi müəyyən edilməlidir:
“23 yaşdan yuxarı oyunçular daha milli komandada oynamamalıdır, yeni istedadlar kəşf edilməlidir. Biz bu yolla yaşlı oyunçuları milli komandalarda oynayarkən zədələnməkdən qoruya bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Oktyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















