Napolidən Osimhen açıqlaması
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Napoli" icarə əsasında "Qalatasaray"da çıxış edən futbolçusu Viktor Osimhen haqqında açıqlama yayıb.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı hücumçunu birdəfəlik transfer etmək üçün israrlıdır. Həmçinin daha əvvəl mətbuatda Osimhenlə bir neçə nəhəng klubun maraqlandığı da yazılıb. Nigeriyalı futbolçunun qarşıdakı qış transfer pəncərəsindən etibarən karyerasını "Mançester Yunayted", PSJ və ya "Yuventus"da davam etdirə biləcəyi qeyd olunmuşdu.
"Napoli"nin idman direktoru Covanni Manna DAZN-a açıqlamasında bu xəbərlərlə bağlı danışıb. O deyib: "Heç kim bizə zəng vurmayıb. Hazırda dəqiq heç nə yoxdur".
Qeyd edək ki, bundan əvvəl "Napoli"nin transfer üçün "Qalatasaray"dan 75 milyon avro istədiyi bildirilmişdi. Daha sonra məlum olmuşdu ki, Türkiyə təmsilçisi bu məbləğin 70 faizini ödəməyə razılaşan sponsor tapıb.
Baxış sayı:141
Bu xəbər 09 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















