“Napoli”nin beş futbolçusu “Qarabağ”la oyunu buraxacaq
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 24 noyabr, AZƏRTAC
İtaliyanın “Napoli” klubunun daha iki futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyunu buraxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Neapol təmsilçisinin baş məşqçisi Antonio Konte məlumat verib. O, Billi Gilmor və Leonardo Spinazzolanın zədədən tam olaraq sağalmadıqlarını və yaşıl meydanlara nə vaxt qayıdacaqlarının məlum olmadığını deyib. Həmçinin mütəxəssis A Seriyasının son turunun “Atalanta” ilə oyununda (3:1) əvəzlənən Rasmus Heylund və Amir Rahmani ilə bağlı hansısa problemin olmadığını, onların sadəcə yorğunluğa görə meydanı erkən tərk etdiklərini söyləyib. Hər iki futbolçu komanda ilə məşqləri davam etdirir.
Andre-Zambo Anqissa, Kevin De Bruyne və Romelu Lukakunun Ağdam klubu ilə matçda iştirak etməyəcəkləri daha öncədən bəlli idi.
Qeyd edək ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















