“Napoli”nin yenilənən stadionunda qaçış zolaqları ləğv ediləcək
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Neapol şəhər rəhbərliyi 2032-ci ildə İtaliyada keçiriləcək futbol üzrə Avropa çempionatı oyunları üçün Maradona adına stadionun sertifikatlaşdırılmasına hazırlaşır.
İdman.Biz xəbər verir ki, bu isə arenanın UEFA standartlarına uyğunlaşdırılmasını zəruri edir.
Qarşıdakı illərdə stadionda genişmiqyaslı yenidənqurma aparılacaq və bu proses çərçivəsində əsas futbol meydançasını əhatə edən atletika üzrə qaçış zolaqları tamamilə aradan qaldırılacaq.
Onların yerində əlavə tribunal qatları inşa ediləcək.
Qeyd edək ki, stadion ötən əsrin 50-ci illərində tikilib və hazırda 55 min tamaşaçı tutumuna malikdir. Arena indiki rəsmi adını 2020-ci ildə alıb.
Baxış sayı:145
Bu xəbər 07 Fevral 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















