Icma.az
close
up
RU
“Nar” Gəncədə tələbələr üçün karyera təlimi keçirdi FOTO

“Nar” Gəncədə tələbələr üçün karyera təlimi keçirdi FOTO

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Regionlara diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün növbəti karyera təlimini təşkil edib.

Universitetin rektoru, dosent Yaşar Ömərovun dəvəti ilə “Nar” rəhbərliyi Gəncə şəhərinə səfər edərək universitetin rəhbər heyəti ilə görüşdü. Görüş zamanı peşəkar kadr hazırlığı istiqamətində atılacaq növbəti addımlar müzakirə edildi. Daha sonra “Nar”ın baş icraçı direktoru Özgür Genc karyera təlimində iştirak edən tələbələrlə görüşərək öz təcrübəsini və tövsiyələrini bölüşüb.

Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onları iş bazarına hazırlamaq məqsədilə təşkil olunan bu təlim “Nar”ın peşəkar heyəti tərəfindən hazırlanır və tədris olunur. İnteraktiv keçirilən təlim rabitə bazarında uğurlu karyera başlanğıcı etmək, əsas karyera hədəflərinin seçilməsi, iş müsahibələrinə hazırlıq və günümüzdə önəmli olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edirdi.

Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələri əsl peşəkar kimi yetişdirərək Azərbaycanın telekommunikasiya bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.

Qeyd edək ki, 2025-ci ildə “Nar”ın Füzuli və Salyan rayonlarında yeni mağaza açılışı tədbirləri zamanı da, paralel olaraq, bu rayonlarda yerləşən təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirilmişdi.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://dogru.az
archiveBu xəbər 17 Dekabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri