Icma.az
close
up
RU
Nar ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Nar ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Sosial layihələri ilə cəmiyyətdə xüsusi dəyər yaradan "Nar" jest dilinin inkişafına yönəlmiş təşəbbüslərinin davamı olaraq, bu ildən etibarən Azərbaycanda jest dili tətbiqinin ərsəyə gəlməsinə öz töhfəsini verir. "Nar"ın dəstək göstərdiyi bu layihə çərçivəsində mobil tətbiqin yaradılmasına ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı, bp və onun tərəfdaşlarının dəstəyi ilə ötən ilin sentyabr ayında start verilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin cəmiyyətin digər üzvləri ilə ünsiyyətini asanlaşdırır və onların tamamilə ödənişsiz və heç bir müəllimə ehtiyac olmadan jest dilini öyrənməsinə imkan yaradır. Mobil tətbiq üçün məzmunun hazırlanması və metodikanın seçilməsi isə "Karlara Dəstək" İctimai Birliyi tərəfindən icra edilir.

Tezliklə istifadəyə verilməsi planlaşdırılan tətbiqdə istifadəçilər jest dilini öyrənmək üçün müxtəlif imkanlardan yararlana biləcəklər. Jest dili tətbiqi dərs bölməsi vasitəsilə mövzular üzrə dərslər seçməyi təmin edəcək. Eyni zamanda, lüğət funksiyası istifadəçilərə jest dilində sözləri asanlıqla tapmağa, əlifba ilə işləmə funksiyası isə hərfləri öyrənməyə imkan yaradacaq. Tətbiqdə istifadəçi profilinin yaradılması, sevimli sözlərin seçilməsi və tədris prosesində irəliləyişin izlənməsi kimi əlavə funksiyalar da mövcud olacaq. Bununla yanaşı, video sürətini artırma, kamera funksiyası vasitəsilə jestləri təkrarlama və dərslərin öyrənilməsi üzrə irəliləyişləri göstərən tərəqqi çubuğu kimi innovativ funksionallıqlar tətbiqin əsas üstünlükləri olacaq.

Qeyd edək ki, "Nar" ölkəmizdə ilk dəfə vahid jestdili.az saytını ərsəyə gətirərək inklüziv cəmiyyətin qurulmasına töhfə verib və bu istiqamətdə dəstəyini jest dili tətbiqinin hazırlanması ilə davam etdirir. Mobil operator eşitmə və nitq məhdudiyyəti olan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün uzunmüddətli sosial layihələr həyata keçirir. Məhz bu məqsədlə "Nar" jestdili.az saytını yaradıb, bununla yanaşı, paytaxtda və regionlarda davamlı təşkil olunan "Təlim məktəbi" layihəsini gerçəkləşdirib. Eyni zamanda, jest dilində sözlərin izahını əks etdirən "Səssiz dünyaya körpü" kitabını nəşr edib və "Canlı kitab" təşəbbüsünü həyata keçirib. Jest dili tətbiqinin hazırlanmasına dəstək verməklə isə "Nar" texnologiyanın gücündən istifadə edərək daha inklüziv və bərabər imkanlara malik cəmiyyətin formalaşmasına töhfə verməyə davam edir.

"Nar" hazırda 2.2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri