Icma.az
close
up
RU
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə seçilən “Nar” Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə start verib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.

"Unikal" xəbər verir ki, ilkin mərhələdə “Uşaqların zərərli və təhlükəli məlumatlardan qorunması” mövzusunda onlayn görüş keçirilib. Bu tədbirdə Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdəki 10 məktəbdən VII-XI sinif şagirdləri və müəllimlər iştirak ediblər. Dövlət rəsmiləri və mütəxəssislər görüş zamanı rəqəmsal resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

“Nar” bu təşəbbüslə elm və təhsilə verdiyi dayanıqlı dəstəyin bir hissəsi olaraq, uşaq hüquqlarının qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi işinə mühüm töhfə verir. Xüsusilə regionlarda həyata keçirilən bu layihə gələcək nəsillərin təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün vacib platforma yaradır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri