Icma.az
close
up
RU
Nar və alma alverində 38 min dollarlıq borc qalmaqalı bıçaqlanma ilə bitdi

Nar və alma alverində 38 min dollarlıq borc qalmaqalı bıçaqlanma ilə bitdi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Binəqədi rayonunda 1975-ci il təvəllüdlü Qədir borc mübahisəsi üstündə yaranan mübahisə zamanı tanışı Cahidə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 20-də baş verib. Bakı şəhər sakini Qədir həmin gün saat 18 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında tanışı Cahidin ona olan borcunu geri istəməsini bəhanə gətirib, heç bir əsaslı səbəb olmadan ona bıçaqla xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Rusiya Federasiyasının Krasnodar şəhərində yaşayaraq meyvə-tərəvəz alveri ilə məşğul olub: “Zərərçəkmiş Cahidlə də 5-6 ildir tanışam. Cahid 2024-cü ilin noyabr ayında Rusiyada satmaq üçün mənə ümumilikdə iki yük maşını nar və bir yük maşını alma göndərdi. Bu malların bir qismini sataraq Cahidin pulunu ödəsəm də, qalan malların satışında ziyana getdiyim üçün sonradan Cahidə cəmi 10.000 dollar pul göndərdim, 29.000 dollar borcu isə maddi sıxıntılarım olduğu üçün verə bilmədim. Bundan sonra Cahidlə aramızda borca görə mübahisələrimiz oldu”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin mart ayının  ortalarında İranda olarkən Cahid ona zəng edib və həmin pulu ona vaxtında vermədiyi üçün ondan faizlə birlikdə 38.000 dollar istədiyini söyləyib: “Mən isə ona buna imkanımın olmadığını, faizi isə heç verə bilməyəcəyimi bildirdim. Cahid da istər evimi, istər hansısa orqanımı sataraq pulunu verməyimi tələb etdi. Martın 18-də ölkəyə  qayıdandan sonra Cahid tez-tez zəng edərək məni hədələdi, borcu istədi. Hətta martın 20-də, gecə saat 1 radələrində yaşadığım evə gələrək zəng etsə də, yatdığım üçün zəngə cavab verə bilmədim. Səhər yuxudan oyandıqda isə Cahidin gecə küçədən yaşadığım evin şəklini “WhatsApp” tətbiqi vasitəsilə ataraq göndərdiyi səslərdə məni təhqir etdi. Cahidlə əlaqə saxlayan zamanı məni bir daha təhqir etdi, günortaya kimi pulu qaytarmayacağım halda vuracağını bildirdi”. 
Qədirin sözlərinə görə, daha sonra onlar axşam saat 18:00-da onun yaşadığı evin qarşısında görüşməyi qərara alıblar: “Eyni zamanda borcu qaytarmaq üçün dost-tanışlarımdan pul istəsəm də, pulu əldə edə bilmədim. Axşam saat 18:10-da Cahid “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərərək evimin qarşısında olduğunu bildirdi. Cahidin mənə xəsarət yetirə biləcəyindən ehtiyat etdim və evdən bayıra çıxarkən mətbəx bıçağını özüm ilə götürdüm. Küçədə ağ rəngli “Kia” markalı avtomobili görərək ona yaxınlaşdım. Cahid və adını bilmədiyim sürücü ilə salamlaşdım. Daha sonra Cahid maşından enərək birlikdə mənim orada saxlanıldım avtomobilin digər tərəfinə keçərək söhbət etməyə başladıq. Cahidə hazırda pulunu qaytara bilməyəcəyimi dedim. O, da ünvanıma nalayiq ifadələr işlədərək məni təhqir etməyə başladı. Mən də bu təhqirlərə dözə bilmədim və  gödəkcəmin qolunda gizlətdiyim mətbəx bıçağını çıxardaraq Cahidə bir neçə zərbə endirdim. Zərbələrdən Cahid yerə yıxıldı, sonra ayağa qalxaraq üzərimə gəldi. O, əlimi buraraq əlimdəki bıçağı mənə tərəf çevirdi. Lakin mən digər əli milə bıçağın tiyəsini tutarkən əlimin ovuc hissəsini kəsdi. Biz bir-birimizin yaxasından tutaraq dartışdıq. Cahidin qışqırıq səsinə evdən arvadım və Cahidlə birlikdə olan tanımadığım şəxs gəldilər. Cahid sonra maşına oturaraq oradan getdi”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qədirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Noyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri