Icma.az
close
up
RU
Narahat tərəfdaşlarla dialoq sülhə aparan yeganə yoldur Roma Papası

Narahat tərəfdaşlarla dialoq sülhə aparan yeganə yoldur Roma Papası

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Biz heç bir halda dinc əhalinin bombardman edilməsinə göz yuma bilmərik..."

Papa Fransisk ənənəvi Yeni il görüşündə Müqəddəs Taxt-Taca akkreditə olunmuş diplomatlarla "ümid diplomatiyası" mövzusunda danışıb. Bu görüş yanvarın 9-da baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə "vaticannews.va" nəşri məlumat yayıb.

Diplomatlara müraciətində Papa siyasətin "mərhəmətli sevginin ən ali forması" olduğunu xatırladıb. Daha sonra o, Vatikan diplomatiyası üçün 2024-cü ilin mühüm hadisələrini sadalayıb. Papa Burkina-Faso və Çexiya ilə əldə olunan razılaşmaları, Asiya ölkələrinə səfərlərini və Yubileyə hazırlıqları xüsusi qeyd edib.

Yubiley barədə danışarkən Papa Fransisk İtaliya və Roma hakimiyyətinə təşəkkür edib və bu hadisənin mahiyyətini İsa peyğəmbərin sözlərinə əsaslanaraq izah edib:

İsa Məsih "kasıblara müjdə vermək, ürəyi sınmışları sağaltmaq, əsirləri azad etmək, korlara görmə qabiliyyəti bəxş etmək və əzilənləri azadlığa buraxmaq üçün" gəlib. Papa bu missiyanı diplomatların missiyası ilə əlaqələndirib və "ümid diplomatiyası"ndan bəhs edib.

Papa təəssüf hissi ilə qeyd edib ki, ötən il çoxsaylı münaqişələr, terror aktları, qorxu və gələcəyə inamsızlıq ilə yadda qalıb.

Yalan xəbərlər və nifrət mühitinə qarşı xəbərdarlıq

Papa bildirib ki, bütün bu problemlər saxta xəbərlərin yaradılması və yayılması ilə daha da ağırlaşır. Bu xəbərlər yalnız reallığı təhrif etmir, həm də vicdanı pozaraq reallığın yanlış qavranılmasına səbəb olur və nəticədə nifrət, insan təhlükəsizliyinə ziyan və cəmiyyətlərdə sabitliyin pozulmasına gətirib çıxaran şübhə atmosferi yaradır.

"Kommunikasiyanı şüarlara çevirməyin..."

Stabilliyin olmaması yeni maneələr və sərhədlər yaratmağa təşviq edir. Bu kontekstdə diplomatiyanın vəzifəsi "hamı ilə, hətta ən narahat tərəfdaşlarla və ya qanunsuz hesab olunan şəxslərlə dialoqa şərait yaratmaqdır". Bu, nifrət və intiqam zəncirini qırmağın yeganə yoludur", - deyə Papa vurğulayıb və "ümid diplomatiyası" ifadəsinin mahiyyətini izah edib.

Ümid diplomatiyası: həqiqət, bağışlama və ədalət

Papa qeyd edib ki, ümid diplomatiyası "həqiqət diplomatiyası" olmalıdır. Ünsiyyət yalnız sadə, dəqiq və başa düşülən sözlərdən istifadə edildikdə uğurlu ola bilər. Eyni zamanda o, çoxtərəfli sənədlərin manipulyasiya edilməsi və terminlərin mənasının dəyişdirilməsi ilə bağlı cəhdlərdən narahatlığını ifadə edib.

Papa ideoloji kolonizasiyanın nümunələri kimi "ləğv mədəniyyəti"ni və "abort hüququ"nu göstərib. O, bu cür yanaşmaların insan hüquqlarını pozduğunu bildirib.

Bağışlama diplomatiyası və müharibəyə son çağırış

Papa bağışlama diplomatiyasının zorakılıq və nifrət nəticəsində pozulmuş əlaqələri bərpa edə biləcəyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti qanla sulanmış və çoxsaylı qurbanlarla nəticələnmiş Ukrayna müharibəsini dayandırmaq üçün səylər göstərməyə çağırıb.

Roma Papası Fransisk diplomatlara illik müraciətində Qəzzadakı İsrail hərbi kampaniyasını pisləyib və  Fələstin bölgəsində humanitar vəziyyəti "çox ciddi və utancverici" adlandırıb.

"Biz heç bir halda dinc əhalinin bombardman edilməsinə göz yuma bilmərik. Xəstəxanaların dağıdılması və ya ölkənin enerji sisteminin zədələnməsi səbəbindən donaraq uşaqların ölməsinə icazə verə bilmərik", - Papa vurğulayıb. 

Sülh və dini azadlıq

Papa qeyd edib ki, əsl sülh yalnız dini azadlıq təmin edildikdə mümkündür. Bu, fərdlərin vicdanına hörmət və öz inancını açıq şəkildə ifadə etmək hüququnu nəzərdə tutur. O, antisemitizmin artan təzahürlərini qətiyyətlə qınayıb və bəzi ölkələrdə dini azadlıqların məhdudlaşdırılması hallarını qeyd edib.

Papa əlavə edib ki, ümid diplomatiyası "azadlıq diplomatiyası" və "ədalət diplomatiyası"dır. O, bütün dünyada ölüm hökmünün ləğv edilməsinə və zəngin ölkələrin planetin cənubuna qarşı ekoloji borcunu ödəməsinə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri