Icma.az
close
up
RU
Narahatlıq doğuran sükut: Dəhliz açılsın demişdilər, lakin... Əks plan

Narahatlıq doğuran sükut: Dəhliz açılsın demişdilər, lakin... Əks plan

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizinin açılması təkcə regional deyil, həm də qlobal miqyasda ciddi geoiqtisadi nəticələr doğura biləcək hadisə kimi qiymətləndirilir. A nöqtəsi Çindən başlanan və Orta Asiya, Cənubi Qafqaz, Türkiyə üzərindən Avropaya – konkret olaraq Böyük Britaniyaya qədər uzanan bu strateji marşrut Şərqlə Qərb arasında yeni nəqliyyat və ticarət arteriyası kimi təqdim olunur.

Lakin son proseslərdə nə Pekinin açıq fəallığı müşahidə edilir, nə də Londondan ciddi siyasi mövqe ifadə olunub. Dəhlizin həm başlanğıc, həm də son nöqtəsində yerləşən bu iki böyük gücün susqunluğu diqqətdən yayınmır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü fonunda bu səssizlik müəyyən suallar doğurur.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi qlobal güclərin diqqət mərkəzindədir:

“Onların hər biri nəzarəti ələ almaq istəyirlər. Dəhlizə nəzarət həm dividentlər, həm də iqtisadi gəlirlər deməkdir. Bu, eyni zamanda ciddi təsir mexanizmi anlamına gəlir.

Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs Pekini Londona bağlayan strateji bir xətt kimi qəbul edilir. Zəngəzur dəhlizi ilə bağlı aparılan aktiv müzakirələr, o cümlədən ABŞ-ın buradakı maraqları fonunda Çin və Böyük Britaniyanın konkret reaksiyası müşahidə olunmur. Ənənəvi olaraq Rusiya, İran, Avropa İttifaqı və ABŞ bu məsələyə açıq şəkildə mövqe bildirirlər. Əsas təşəbbüskar ölkələrin isə səssizliyi seçməsi diqqətçəkicidir. Pekin və London sakit görünürlər, lakin bu, onların prosesə qarışmadıqları mənasına gəlmir. Sadəcə belə bir yanaşma siyasi davranış tərzlərinə uyğundur”.

Həmçinin oxuyun:

Ermənistanın ordu “sürprizi” iki dostunu qəzəbləndirdi: Bakının tək şərti var – 1000 hərbçi…


Oqtay Qasımov

Politoloq bildirib ki, Zəngəzur dəhlizi region ölkələri üçün fövqəladə əhəmiyyət daşıyır:

“Pekin üçün isə dəhlizin konkret olaraq Zəngəzurdan, yoxsa Araz vadisindən keçməsinin o qədər də fərqi yoxdur. Çünki Çinin İranla da münasibətləri kifayət qədər yaxşıdır. Zəngəzura alternativ kimi Araz vadisindən keçən dəhlizin açılması da onu qane edə bilər.

Çinin Ermənistandakı səfirinin açıqlamalarını xatırlayaq. Böyük Britaniyanın Cənubi Qafqaz üzrə nümayəndəsi isə həm Azərbaycana, həm də Ermənistana səfərlər etmişdi. O, sülhə töhfə verməyə hazır olduqlarını bildirmiş, kommunikasiyaların açılması məsələsində öz mövqelərini tərəflərə çatdırmışdı. Lakin yenə də bu ölkələrin prosesdə aktiv addımlar atdığı görünmür”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri