Icma.az
close
up
RU
“Nargis” jurnalı “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib

“Nargis” jurnalı “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb. Jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.

Bakupost.az -ın xəbərinə görə, təqdim edilən məqalədə bildirilir ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa doğru mühüm addım ataraq 63 yeni çoxtemperaturlu yük maşınını istifadəyə verib. Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir.

“Nargis” jurnalı “Araz” supermarketlər şəbəkəsinin yaşıl iqtisadiyyata dəstək layihələrindən də ətraflı bəhs edib. Bunlar “Ekoçantadan istifadənin təşviqi”, “Tullantıları ekoçantaya dəyiş”, “Tullantıları tingə dəyiş”, “Batareyaları təhvil ver, təbiəti qoru”, “Araz”ın təbiətsevərləri “Təmiz ölkəm” aksiyasında, “Sahibsiz heyvanlara qayğı” və “Transformasiya layihəsi” kimi ekoloji və sosial layihələrdir.

Məqalədə bildirilir ki, 2024-cü ildə ETSN və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağaclarının əkilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Təmiz ölkəm" marafonuna qatılan əməkdaşlar, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Novxanı sahilindən 1 tondan çox tullantı toplayaraq insanları ətraf mühitə məsuliyyətlə yanaşmağa çağırıb.

Sözügedən məqalədə Veysəloğlu Şirkətlər Qrupunun Elektron Sənəd Dövriyyəsi (ESD) transformasiya layihəsi ilə kağız və katric istifadəsinə 50%-dən çox qənaət edilməsinə nail olduğu da xüsusi vurğulanır.

Bütün bunlarla yanaşı Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste Project by Nargis – 2024” (Sıfır Tullantı - 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım da atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu" tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak edib. Toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində "Yaşıl Zona"da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl İqtisadiyyat”a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri