Icma.az
close
up
RU
Naringinin faydaları nədir və onu necə seçmək lazımdır?

Naringinin faydaları nədir və onu necə seçmək lazımdır?

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Naringi Yeni ilin əsas atributlarından biridir. Lakin müxtəlif çeşidlərin çoxluğu səbəbindən insanlar həmişə ən dadlı və keyfiyyətli meyvəni seçə bilmirlər.

Gununsesi.info xəbər verir ki, rusiyalı mütəxəssis, diyetoloq və nutrisioloq İrina Pisareva “Veçernyaya Moskva” nəşrinə açıqlamasında naringilərin faydaları və seçim zamanı diqqət edilməli məqamlar barədə danışıb.

İrina Pisarevanın sözlərinə görə, naringi dadlı olması ilə yanaşı, çoxsaylı faydalı xüsusiyyətlərə də malikdir.

“Naringilərin tərkibində zərərli birləşmələri neytrallaşdıran və təbii antidot hesab edilən çoxlu miqdarda limon turşusu var. Bu səbəbdən naringidə nitratlar yoxdur” ,- deyə mütəxəssis vurğulayıb.

Bu meyvənin tərkibində çoxsaylı vitaminlər və minerallar mövcuddur.

Diyetoloqun dediyinə görə, naringidə yüksək miqdarda C vitamini, yəni askorbin turşusu var. Bundan əlavə, tərkibində B və K qrupu vitaminləri, D və P vitaminləri də mövcuddur. Həmçinin naringidə kalsium, maqnezium və kalium kimi faydalı minerallar yer alır. Ən maraqlısı isə onun təbii antidepresan təsirinə malik olmasıdır.

Bununla belə, həkim xəbərdarlıq edib ki, naringi bütün faydalarına baxmayaraq, bəzi xəstəliklərdən əziyyət çəkən insanlar üçün təhlükəli ola bilər.

“Kəskin nefrit, hepatit, xolesistit xəstəlikləri, eləcə də mədə xorası olan şəxslər naringi yeməkdən çəkinməlidirlər. Bundan əlavə, tərkibində çoxlu şəkər olduğu üçün bu meyvə şəkərli diabet xəstələrinə də zərər verə bilər. Gündəlik 5-6 meyvədən çox yemək tövsiyə edilmir” ,- deyə Pisareva əlavə edib.

Mütəxəssis, həmçinin naringi seçərkən diqqət edilməli məqamları qeyd edib:

“Meyvənin bütövlüyünə diqqət yetirmək lazımdır, zədələnmiş olmamalıdır. Çeşiddən asılı olaraq, naringilər sıx və ya yumşaq ola bilər”.

O, xüsusilə “Klementin” sortunun üstünlüklərindən bəhs edib:

“Bu sortdan olan naringilər toxunuşda daha möhkəm olur və askorbin turşusunun ən yüksək miqdarına malikdir. Bu səbəbdən “Klementin” sortunu almağı tövsiyə edirəm” ,- deyə Pisareva bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Noyabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri