Icma.az
close
up
RU
Narinin məhkəməsinin gedişatını dəyişə biləcək sirr... FOTOLAR

Narinin məhkəməsinin gedişatını dəyişə biləcək sirr... FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə aylardır Narin Güran cinayəti ilə bağlı məhkəmənin gedişatını yaxından izləyir. Araşdırma çərçivəsində Narinin həbsdə olan qardaşı Enes Güranın üzərindəki yaralarla bağlı diqqətçəkən görüntülər paylaşılıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Məhkəmə Tibbi araşdırmaları mətbuata yayılıb.

Narin Güranın ölümündən sonra şübhəli olaraq saxlanılan Enes Güranın qolundakı dişləmə izi istintaqın ən çox müzakirə olunan detallarından biri olub. Həmin vaxt Enes Güranın qolundakı (21-24 avqust arasında yarandığı ehtimal edilən) dişləmə izlərinin Narinə aid ola biləcəyi ehtimal edilib. Enes Güran və anası Yüksel Gürana aid tibbi sənədlər, ağız-diş ölçü modelləri və qəlibləri, foto, video və qrafiklər avqustun 25-də Məhkəmə Tibbi 2-ci İxtisas Şurası tərəfindən araşdırılıb.

Aparılan araşdırmanın nəticəsinə görə hazırlanan hesabatda Enes Güranın qolundakı dişləmə yerinin Yüksel Gürana, Narin Gürana, yoxsa özünə məxsus olduğu barədə dəqiq ayırd etməyin qeyri-mümkünlüyü qeyd olunub. Ancaq Enes Güran bu dişləmə izinin özünə aid olduğunu iddia edib.

İstanbul Universitetinin Tibb fakültəsinin müəllimi Nevzat Alkan bu yaralarla bağlı danışıb.

Professorun sözlərinə görə, dişləmə izlərinin ölçüləri aparılsa da, uşağa, yoxsa böyüyə aid olduğunu müəyyən etmək mümkün olmayıb.

“Bu səbəbdən vacib bir dəlil dəyərləndirilmədən itmiş oldu. Çünki dişləmənin kimə aid olduğunun müəyyən edilməsi hadisənin aydınlaşdırılması baxımından zəruri idi”.

Həmçinin Enes Güranın gözündəki cızıqlar da diqqət çəkib.

“Gözün alt hissəsində dırnaq izinə bənzər cızıqlar görünür. Göz içində qanaxma var, bu, gözün zərbə aldığını göstərir. Enes Güran bunun qarğıdalı qıçasının çarpması nəticəsində yarandığını iddia edib”.

Mütəxəssis bu dəlillərin yenidən dəyərləndirilməsinin mümkünsüz olduğunu vurğulayıb.

Xatırladaq ki, Diyarbəkirin Bağlar rayonunun Tavşantepe məhəlləsində avqustun 21-də itkin düşən 8 yaşlı Narin Güranın cansız bədəni 19 gün sonra – sentyabrın 8-də Eğertutmaz çayında tapılmışdı.

Diyarbəkir Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılan 23 şübhəlidən Salim (əmi), Yüksel (ana) və Enes (qardaş) Güranlar, eləcə də qonşuları Nevzat Bahtiyar da olmaqla 12 nəfər həbs edilib. Diyarbəkir Ağır Cəza Məhkəməsində noyabrın 7-də başlayan proses, təqsirləndirilən şəxslərin ifadələrindən sonra dekabrın 26-na təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri