Icma.az
close
up
RU
Narinin ovcundakı tük anası və qardaşına məxsus imiş

Narinin ovcundakı tük anası və qardaşına məxsus imiş

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Uzun müddətdir ki, Türkiyədə və ölkə mediasında rezonans yaradan 8 yaşlı Narin Güranın qətli ilə bağlı daha bir detal məlum olub.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, onun cəsədinə baxış zamanı ovcunda saç və qıl aşkar edilib.

Həmin dəlillərin kimə məxsus olması ilə bağlı DNT analizi edilib. Nəticədə müəyyən olunub ki, saç və qıl azyaşlının anası Yüksel Güran ilə qardaşı Enes Gürana məxsusdur.

Bildirilir ki, Diyarbəkirdəki dinləmələri əvvəldən izləyən və müttəhimlərə əhatəli suallar verən Vəkillər Kollegiyasının keçmiş sədri vəkil Nahit Eren də sosial media hesabında DNT ilə bağlı hesabat paylaşıb.

O, analizin cavabının Narinin anası və qardaşınınkı ilə eyni olduğu qənaətinə gəldiyini söyləyib.

Qeyd edək ki, Narinin qətli ilə bağlı ilk dəfə saxlanılan 25 nəfər içərisində anası, atası, iki qardaşı və əmisi də olub. Əmisi Sami Gürandan başqa, digər ailə üzvləri sərbəst buraxılmışdı. Daha sonradan isə Narin Güranın cinayəti ilə bağlı 8 nəfər barəsində həbs qərarı verilib. Onlar arasında azyaşlının anası Yüksel Güran, 18 yaşlı qardaşı Enes, əmisi Fuat Güran, qohumu Muhammet Kaya, əmisinin yoldaşı Maşallah Güran və qızı Birsen Güran, bibisinin əri Mehmet Şevket Kaya, hadisə ilə bağlı həbs edilən əmisi Sami Güranın işçisi Mehmet Selim Atasoy var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri