Icma.az
close
up
RU
Narkoman axtarıram, tapsam 50 manat verəcəm deyən Nail Kəmərlidən AÇIQLAMA

Narkoman axtarıram, tapsam 50 manat verəcəm deyən Nail Kəmərlidən AÇIQLAMA

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bloqer Nail Kəmərlinin "Facebook” səhifəsində paylaşdığı "Çəkiliş üçün narkomanlar axtarılır" başlıqlı elanı cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Paylaşımda müsahibə üçün razılıq verən narkotik istifadəçisi olan şəxsə 50 manat ödəniş ediləcəyi bildirilib.
AZXEBER.COM məsələnin əsl səbəbini öyrənmək üçün Nail Kəmərli ilə əlaqə saxlayıb.

O, layihənin məqsədinin narkotikin fəsadlarına diqqət çəkmək və gəncləri maarifləndirmək olduğunu bildirib:
"Mənim belə bir elan paylaşdığım doğrudur. Bunu etməkdə isə məqsədim, gəncləri maarifləndirmək üçün çəkilişlərinə start verdiyim yeni layihədə real məhv olmuş həyatları göstərməkdir. Bu praktika ilə də isbat olunub ki, əgər insana narkotik ucbatından məhv olmuş real bir həyatı göstərsən və ya onun dilindən gənclər bunu dinləsələr daha effektli geridönüşlər almaq mümkün olur. Mən bu günə qədər belə insanlarla çox ünsiyyətdə olmuşam və çəkilişlərimi də real həyatlar üzərində qururam. Mən insanlara narkoman olan insanların həyatının necə məhv olduğunu birbaşa öz dilindən çatdırmaq üçün bunu edirəm. Bu isə maarrifləndirmənin ən yaxşı metodudur. Onlara qonorar və ya hədiyyə vermək fikrim isə onların maddi durumları çox pis olmasına görə yarandı. Nə əyinlərinə paltar, nə də düzəməlli yemək alıb yeyirlər. Dəfələrlə buna şahid olmuşam. Xeyli sayda bu təkliflə razılaşanlar da var. Hətta puldan imtina edib, gənclərə örnək olmaq üçün könüllü danışmaq istəyirlər. Artıq çəkilişlərə də başlamışıq".
Nail Kəmərli bu elanı yazma səbəbini isə belə izah etdi:
"Əvvəllər belə layihələri çəkmək üçün çox sayda istifadəçi tapa bilirdim. Amma artıq çox çətinləşib. Mən görürəm ki, narkomanların sayı artıq ciddi şəkildə azalıb. Bir çoxu həbs olunub, bir qismi müalicədədir, çox hissəsi də artıq ölüb. Ona görə də belə bir elan ilə qəhrəman tapmağa çalışdım".
Blogger narkomanların həyatlarından illərdir hazırladığı layihələrdə onu ən çox təsirləndirən anlardan da danışıb:

"Dəfələrlə çox ağır həyat hekayələri ilə üzlşmişəm. Amma məni ən çox təsirəndirən pul üçün anasını döyən gəncin hekayəsi idi. Ananın bədəni gömgöy olmuşdu. Və təbii ki, bu yola düşən qadınların yaşadıqları... Bu yola qadınlar çox vaxt oğlan dostlarının, sevgililərinin və ya ərlərinin əli ilə düşürlər. Qadın düşünür ki, ona kömək edir. Amma bu belə deyil. Əvvəlcə birlikdə istifadəyə başlayırlar, sonra qadından tələb olunur ki, get mənə narkotik tap. Beləliklə o qadın ya narkokuryerə ya da insan alverinin qurbanına çevrilir".

Aysel Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri