Narkotik çəkib avtomobilə əyləşdi, qaydaları pozdu, tutuldu VİDEO
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Abşeron rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmaması müəyyən edilib. Toyuqlu pizza
Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran F.Muradov tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən F.Muradov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















