Narkotik cinayətinə görə həbs edilən şəxs bəraət aldı
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə mühakimə edilən Nağıyev Rəşad Yadulla oğlu barəsində bəraətverici əsaslarla hökm çıxarılıb.
Bu barədə Qaynarinfo-ya Rəşad Nağıyevin vəkili Yusif İsmayılov bildirib.
Vəkilin sözlərinə görə, müdafiə taktikasının düzgün qurulması nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilib. "İbtidai istintaq zamanı aparılan prosessual pozuntular, hal şahidlərinin verdiyi ifadələrdə ziddiyyətlərin olması, ekspert rəyinin təqsirləndirilənin xeyrinə verilməsi, ədalətli məhkəmə istintaqı və düzgün müdafiə taktikası nəticəsində ittimahın hazırki vəziyyət üçün tamamilə əsassız olmasını sübuta yetirə bildik", deyə Yusif İsmayılov əlavə edib.
Rəşad Nağıyev Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ) və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirdi.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 17 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















