Narkotik dövriyyəsinə görə cəza sərtləşdirilə bilər Parlamentdə TƏKLİF
Sfera.az saytına istinadən Icma.az xəbər verir.
Ölkədə narkotiklə bağlı cəza ağırlaşdırılmalıdır.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
"Ölkə qanunvericiliyinə görə narkotiklə bağlı azadlıqdan məhrumetmə cəzası 8 ildən 15 ilə qədərdir. Ümumilikdə, onlarla insan narkotik səbəbindən həbs olunur. Bunları xəbərlərdə də görürük. 15-30 kiloqram narkotik tutulur. Bu hələ görünən hissədir. Bu məsələyə daha ciddi yanaşmağa ehtiyac var. Narkotikin ən çox keçirilən yeri İrandırsa, orada birbaşa ölüm hökmü tətbiq olunur. Əfqanıstanda da bu belədir. Azərbaycanda ölüm hökmü yoxdur, lakin narkotik dövriyyəsi ilə bağlı sanksiya daha da ağırlaşdırılmalıdır",-millət vəkili qeyd edib.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















