Icma.az
close
up
RU
Narkotik istifadə edən şəxs sağalmır? Həkimdən AÇIQLAMA

Narkotik istifadə edən şəxs sağalmır? Həkimdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Cəmiyyətdə və tibbi mühitdə tez-tez istifadə olunan “sağalma” anlayışının mahiyyəti düzgün başa düşülməlidir. Formal yanaşmada insanın əvvəlki fiziki və psixi vəziyyətinə qayıtması sağalma kimi qəbul edilsə də, reallıqda orqanizmdə belə bir proses baş vermir".

Redaktor.az xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin instaqram hesabında keçirilən canlı yayımda qeyd etdi.

Həkimlərin sözlərinə görə, müasir elmi təsəvvürlərə əsasən, insan orqanizmi hər an yenilənir. Orqanizmdə trilyonlarla hüceyrə mövcuddur və hər saniyə yüz minlərlə hüceyrə məhv olaraq yeniləri ilə əvəzlənir. Bu səbəbdən insan heç vaxt əvvəlki vəziyyətinə qayıtmır, hər dəfə yeni bir vəziyyət formalaşır.

"Narkomaniya kimi xroniki problemlərdə “tam sağalma” anlayışı düzgün yanaşma deyil. İnsan bu problemlə daimi şəkildə məşğul olmalı, onu nəzarətdə saxlamalıdır. Bəzən insanlar qısa müddətli müalicədən sonra nəticə gözləyir və effekt görmədikdə müalicəni yarımçıq qoyaraq yenidən asılılığa qayıdırlar. Narkotik asılılığı yüksək narkogenliyə malikdir və nikotin kimi maddələrdən asılılıqla müqayisədə dəfələrlə daha güclüdür. Bu səbəbdən asılılıqdan qurtulma prosesi olduqca çətin və uzunmüddətlidir. İllərlə narkotik istifadə etmiş şəxsin 10-20 gün ərzində tam sağalmasını gözləmək real deyil. Tibbin əsas vəzifəsi “yeni insan yaratmaq” deyil. Tibbin məqsədi insanın həyat keyfiyyətini yüksəltmək, əzablarını azaltmaq və ömrünü uzatmaqdır. Hətta tam sağalma mümkün olmasa belə, aparılan müalicə xəstənin vəziyyətini yüngülləşdirir və onun gündəlik həyatını daha rahat edir", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri