Narkotik maddə qəbul edərkən yaxalanan aktrisa barəsində cinayət işi açıldı Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Kızılcık Şerbeti" serialının aktrisası Feyza Civelekdən xəbər var.
BAKU.WS xəbər verir ki, narkotik maddə qəbul edərkən yaxalanan aktrisa barəsində cinayət işi açılıb.
Ötən gün Feyzanın narkotik maddə sifariş verdiyi motokuryer Selçuk Ç.-nin məhkəməsi baş tutub.
Məhkəmədə özünü müdafiə edən Selçuk narkotiki Feyza ilə birlikdə qəbul edəcəyini və 10 ildir narkotik aludəçisi olduğunu etiraf edib.
Daha sonra o Feyzanı günahlandırıb və ona görə polislər tərəfindən saxlanıldığını bildirib. Sonda məhkəmə onun 15 il həbsinə və pul cəriməsi tətbiq edilməsinə qərar verib.
Eyni zamanda məhkəmə Feyza Civelekə qarşı narkotik maddə saxlamaq ittihamı irəli sürüb.
Daha sonra İstanbul Cumhuriyyət Baş Prokurorluğunda cinayət işi açılıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















