Narkotik qəbul edib xəncərlə mühafizəçiyə hücum etdi Bakıda dəhşət (VİDEO)
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Bakının mərkəzində yerləşən “Capital Towers” yaşayış kompleksində dəhşətli hadisə baş verib.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.
Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq mühafizəçini söyməyə və döyməyə başlayıblar.
Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan şəxslərdən biri ona hücum edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimovun açıqlamasına görə, mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb: Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 30 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















