Narkotik satıcılarına qarşı əməliyyat keçirildi 104 nəfər saxlanıldı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, Antalyada narkotik maddə satanlara qarşı keçirilən "Narkokapan-Antalya" əməliyyatı nəticəsində 104 nəfərin həbs edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Yerlikaya, sosial media hesabında əməliyyatın əsas hədəfinin gəncləri hədəf alan, məhəllə və küçələrdə narkotik maddə satan "torbacı" adlanan şəxslər olduğunu vurğulayıb.
4 ay davam edən hazırlıq prosesi çərçivəsində 107 şübhəlinin izlənildiyini bildirən nazir, 104 nəfərin həbs edildiyini, 3 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verildiyini qeyd edib.
"Bu müddət ərzində, sanki Antalyanın yenidən rentgenini çəkdik. Səylərimizi diqqətlə planlaşdırdıq, şübhəliləri texniki və fiziki nəzarətdə saxlayaraq cinayətləri sənədləşdirdik. Nəhayət, əməliyyata başladıq", - deyə Yerlikaya bildirib.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 İyun 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















