Narkotik testi müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqladı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində saxlanılan və test nəticələri müsbət çıxan Şeyma Subaşı tövbə etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, qadağan olunmuş maddələrdən istifadənini etiraf edən Şeyma Subaşı bununla bağlı "Instagram" hesabında paylaşım edib.
O, paylaşımda peşmançılığını dilə gətirib və tövbə etdiyini qeyd edib.
"Mən tövbə edirəm. Özüm və gələcəyimlə bağlı qərarlar verdiyim bir dövrdəyəm. Bundan sonra yoluma səssizcə, dürüst şəkildə və hörmətlə davam etməyi seçirəm", - deyə o bildirib.
Xatırladaq ki, narkotikdən istifadə ilə bağlı barəsində saxlanılma qərarı olan Şeyma Subaşı ABŞ-dən qayıdarkən hava limanında saxlanılıb və narkotik istifadə etdiyi təsdiqini tapıb. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasında qan və saç nümunələrini təqdim edən Subaşının narkotik testinin nəticəsi müsbət çıxıb.
Qeyd edək ki, Şeyma Subaşı nəticələr açıqlanmadan əvvəl də narkotikdən istifadə etdiyini etiraf etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 10 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















