Icma.az
close
up
RU
Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu

Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu

Şamaxıda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olunub.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qobustan rayon sakini Rövşən Quliyev idarə etdiyi VAZ-2114 markalı avtomobillə Şamaxı şəhərində yol nəqliyyat hadisəsi törədib. Sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

R.Quliyev barəsində toplanan material hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay inzibati qaydada həbs olunub.

seeBaxış sayı:37
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri