Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Peugeot” markalı avtomobilin sürücüsü Azər Adıgözəlov Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci taqımının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə də aşkar olunduğu üçün Azər Adıgözəlov ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Mart 2025 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















