Narkotikə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı açıqlandı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2019–2024-cü illər ərzində hüquq mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47863 fakt aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında qeyd olunub.
Məlumata görə, onlardan 16458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onun 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş, 0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.
Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39 002 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub. Onlardan 37 978 nəfəri kişi, 1024 nəfəri isə qadındır. Həmçinin 21 464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156 291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Sentyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















