Narkotikin birbaşa mənbəyi kəsilməlidir Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Azərbaycanda narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi üçün cəmi bir dispanser fəaliyyət göstərir. Statistika ilə verilən saya baxsaq, orada illərlə növbəyə durasan ki, sağalasan və daha sonra isə reabilitasiya mərkəzinə getməlisən ki, orada da vəziyyət eynidir. Çox az sayda insanı əhatə edə bilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
"Hesab edirəm ki, onkoloji xəstəliklərin müalicəsinin lisenziya əsasında özəl tibb müəssisələrinə verildiyi kimi, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsinin özəl və regional xəstəxanalara verilməsi məqsədəuyğun olardı. Bu qanunu daha da gücləndirməliyik. Hər gün xəbərlərdə müxtəlif miqdarda narkotik vasitələrin aşkar edilməsi ilə bağlı məlumatlar verilir. Təbii ki, hüquq-mühafizə orqanları bu istiqamətdə ciddi iş aparır. Bununla yanaşı onun mənbəyinin müəyyənləşdirilib birbaşa mənbəyinin kəsilməsi məqsədəuyğun olardı. Mənbə kəsilmədən onun qarşısını almaq qeyri-mümkün olacaq", - deyə deputat bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Aprel 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















