Narkotikin təsiri altında olan sürücü HƏBS EDİLDİ 30 GÜN FOTO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdaşda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən Elşən Piriyev saxlanılıb.
Yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.
Məhkəmənin qərarı ilə E.Piriyev 30 sutka inzibati həbs edilib.
Son günlər ərzində polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə narkotikin təsiri altında avtomobil idarə edən daha 8 sürücü müəyyən olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.
Baxış sayı:119
Bu xəbər 25 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















