Narkotikin təsiri altında olan sürücü saxlanıldı FOTO
Icma.az, Bizim media saytına istinadən bildirir.
Kürdəmirdə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi üçün "saxla" işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən rayon sakini M.Şirinovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün marixuana istifadə etdiyi məlum olub.
M.Şirinov barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sonuncunun sürücülük hüququ altı ay müddətinə məhdudlaşdırılıb.
Bizim.Media
Baxış sayı:137
Bu xəbər 10 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















