Narkotikin təsirində avtomobil idarə edən şəxs saxlanıldı
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik sərxoşluğu vəziyyətində olan sürücünü ifşa edərək hərəkətdən kənarlaşdırıb.
"Unikal" xəbər verir ki, Elvin Bağırlı idarə etdiyi “Lada” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən DYP-nin stasionar postunda nəzarət yoxlama qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Elvin Bağırlının narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Təqsiri sübuta yetirilən Elvin Bağırlı qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















