Icma.az
close
up
RU
Narkotiklərin satışı ilə məşğul olan və oğurluq edənlər tutuldular

Narkotiklərin satışı ilə məşğul olan və oğurluq edənlər tutuldular

Suraxanı Rayon Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşları ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsinə və talama cinayətlərinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş 31 yaşlı Kənan Qaçayev saxlanılıb. Ondan 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.

Keçirilən digər tədbir zamanı oğurluq cinayəti törədən əvvəllər məhkum olunmuş 20 yaşlı Anar Cəfərov və 27 yaşlı Əli İsmayılov saxlanılıblar. Onlar gecə saatlarında rayonun Zığ qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsini qıraraq mənzildən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

seeBaxış sayı:22
embedMənbə:https://moderator.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri