Narkozlu halda sirlərimizi danışa bilərik? Həkimdən AÇIQLAMA
Lent az saytına istinadən Icma.az xəbər verir.
Narkoz zamanı insanın özünü idarə edə bilməyərək bütün sirlərini danışması ilə bağlı geniş yayılan fikir həqiqəti əks etdirmir.
Lent.az xəbər verir ki, bu barədə anestezioloq Aleksey Pıreqov danışıb.
Həkimin sözlərinə görə, insan narkoz altında öz sirlərini şüurlu şəkildə açıqlamır. Bununla belə, bəzi hallarda əməliyyat zamanı xəstə müəyyən sözlər deyə bilər. Ancaq narkozun təsiri altında beyin siqnalları fərqli şəkildə ötürdüyündən həmin sözlərin məntiqi mənasını anlamaq mümkün olmur.
Anestezioloq bildirib ki, bəzən mədəni və sakit bir xəstə qəfil söyüş söyə, başqa biri isə gözlənilmədən ingilis dilində danışa bilər.
Pıreqov həmçinin anesteziyanın insan ömrünü beş il qısaltması ilə bağlı fikri də təkzib edib. Onun sözlərinə görə, düzgün tətbiq edilən anesteziya orqanizmə zərər vermək üçün deyil, əməliyyat zamanı xəstəni qorumaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 04 Sentyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















