Icma.az
close
up
RU
Narsistləri ələ verən 5 əlamət: ilk görüşdə bunları edirsə, dərhal uzaqlaşın

Narsistləri ələ verən 5 əlamət: ilk görüşdə bunları edirsə, dərhal uzaqlaşın

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Narsist" sözü bu günlərdə o qədər tez-tez və təsadüfi şəkildə istifadə olunur ki, bu şəxsiyyət tipinə həqiqətən sahib olanları ayırd etmək getdikcə çətinləşir.

Ölkə.Az xəbər verir ki, insan davranışı üzrə mütəxəssis Liz Rouza görə, narsistləri ələ verən bəzi işarələr var. O deyir ki, bu işarələr çox vaxt sözlərdən deyil, bədən dilindən gəlir:

"İnsanlar ilk beş dəqiqədə kim olduqlarını ortaya qoyurlar. Əksəriyyətimiz bu siqnalları görməzdən gəlirik".

Mütəxəssislərin fikrincə, klinik baxımdan narsisist şəxsiyyət: böyüklük hissi, empatiyanın olmaması və daimi heyranlığa ehtiyacla müəyyən edilir. Lakin, onlar xüsusilə vurğulayırlar ki, hər təkəbbürlü və ya çətin insan narsisist deyil.

"Əsl narsisizm ani bir davranış deyil, təkrarlanan bir nümunədir."

Odur ki, narsistləri ələ verən 5 davranışı təqdim edirik:

1. Davamlı olaraq ətrafı gözləri ilə nəzərdən keçirmək

Danışarkən daim başqa yerə baxmaq, "daha yaxşı" birini və ya daha çox diqqət cəlb etmək üçün fürsət axtardıqlarını göstərə bilər. Bu davranış, qarşısındakı insana diqqət yetirməkdənsə, status və diqqət axtardıqlarını göstərən bir əlamət ola bilər.

2. Birtərəfli, alçaldıcı təbəssüm

Ağzının yalnız bir küncünün bir az qaldırıldığı bu ifadə, çox vaxt üstünlük hissi ilə əlaqələndirilir. Səmimi təbəssüm gözləri əhatə etsə də, bu ifadədə gözlər ifadəsiz qalır. Bu ifadə, xüsusən də kimsə emosional bir şey ifadə edərkən görünsə, ciddi bir "təhlükə siqnalı" ola bilər.

3. Şişirdilmiş və süni üz ifadələri

Narsisist fərdlər tez-tez emosiyalarını şişirdirlər. Dik duruş, nəzarətli hərəkətlər, həddindən artıq özünəinamlı davranış və "səhnə tamaşası"na bənzəyən üz ifadələri onların diqqəti cəlb etmək və nəzarəti bərqərar etmək istəyinin əksi ola bilər.

4. Şəxsi məkanı pozmaq

Psixologiya üzrə mütəxəssis Liz Rouza görə, narsisist fərdlər dominantlıq etmək üçün sərhədləri poza bilərlər. Çox yaxınlaşmaq, vaxtından əvvəl fiziki təmas qurmaq və ya qəfil əyilmək digər şəxsə psixoloji təzyiq yaradır. Bu davranışlar əslində sərhədləri sınamağın bir yoludur. Əksər insanlar nəzakətdən reaksiya verməsələr də, bu, narsist tərəfindən "təslim olmaq" kimi qəbul edilə bilər.

5. Empatiya əvəzinə donuqluq

Başqası emosional bir şey danışanda heç reaksiya verməmək, başını tərpətməmək, üz ifadəsini yumşaltmamaq kimi "emosional boşluq" empatiyanın olmamasının ən bariz göstəricilərindən biri ola bilər.

Rouza görə, narsisist fərdlər diqqət mərkəzində olduqda enerjili və canlı görünürlər, lakin mövzu başqasına keçəndə tez bir zamanda sizdən “qopa” bilirlər.

Ekspert xüsusilə vurğulayır ki, heç kim tək bir davranışa görə "narsisist" adlandırılmamalıdır: "Vacib olan kiçik anlar və təkrarlanan davranışlardır. Kiminsə ofisianta necə davranması, sərhədlər müəyyən edildikdə necə reaksiya verməsi çox şey deyir”.

Nəhayət, Rouzun ən vacib xəbərdarlığı: "Bədəniniz siqnalları zehninizdən əvvəl oxuyur. Əgər bir şey sizə "qəribə" hiss olunursa, adətən bunun bir səbəbi var”.

Billurə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Mart 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri