NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 6 aprel, AZƏRTAC
NASA astronavtları Reyd Uayzman, Victor Qlover, Kristina Kox və Ceremi Hansen aprelin 6-da Ayın görünməyən tərəfindən keçəcəklər.
AZƏRTAC xəbər verir ki, kosmonavtlar Yer kürəsindən 406 min 773 kilometr uzaq məsafəyə uçacaqlar. Onlar təxminən 56 il əvvəl, 1970-ci ilin aprelində “Apollo 13” heyəti tərəfindən müəyyən edilmiş 400 min 171 kilometrlik rekordu qıracaqlar. Astronavtlar təxminən altı saat davam edəcək uçuş zamanı Ayın çox qaranlıq tərəflərini müşahidə edəcəklər.
“Artemis” proqramı NASA tərəfindən 2019-cu ildə qurulub. Missiyanın bir hissəsi olan “Orion” kosmik gəmisi aprelin 1-də ABŞ-nin Şərq sahili vaxtı ilə saat 18:35-də Florida ştatının Kanaveral burnundan kosmosa buraxılıb. Missiyanın təxminən 10 gün davam edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Aprel 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















