NASA Çin vətəndaşlarının agentlik proqramlarında iştirakını qadağan edib
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Çin vətəndaşlarının agentliyin kosmik proqramlarında işləməsinə qadağa qoyub.
Gununsesi.info-nun “Bloomberg” agentliyinə istinadla verdiyi məlumata görə, əvvəlki dövrdə bu qadağa yalnız ABŞ vizası olmayan Çin vətəndaşlarına şamil olunurdu.
Lakin ötən həftədən etibarən NASA Çin Xalq Respublikasının ABŞ vizası olan vətəndaşlarına da verilən verilənlər bazası, toplantılar və proqramlara çıxışı məhdudlaşdırıb.
NASA-nın mətbuat katibliyinin rəhbəri Betani Stivens: “NASA Çin vətəndaşlarına qarşı daxili tədbirlər görüb. Bu tədbirlərə bizim obyektlərimizə, materiallarımıza və şəbəkələrimizə fiziki və kiber girişin məhdudlaşdırılması daxildir. Məqsəd – fəaliyyətimizin təhlükəsizliyini təmin etməkdir”, – deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 10 Sentyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















