Icma.az
close
up
RU
NASA nın superkompüteri Günəş sisteminin kənarında qəribə spiral quruluş aşkar etdi

NASA nın superkompüteri Günəş sisteminin kənarında qəribə spiral quruluş aşkar etdi

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oort buludu Günəş sisteminin kənarında buzlu obyektlərdən ibarət sirli bir qatdır. Onun dəqiq forması və Günəş sistemimizdən kənar qüvvələrin ona necə təsir etməsi hələ də sirr olaraq qalır. Lakin indi tədqiqatçılar bu sirri həll etməyə bir addım daha yaxınlaşıblar.

HİT.az xəbər verir ki, bu barədə "Live Science" yazıb.

NASA-nın Pleiades superkompüterindən istifadə edən alimlər Oort buludunun daxili hissəsinin quruluşunu görə biliblər. Onlar müşahidə nəticələrini öz araşdırmalarında paylaşıblar.

Qeyd edilir ki, Oort buludu Günəş sistemindəki nəhəng planetlərin 4,6 milyard il əvvəl yaranmasından sonra istifadə olunmamış qalıqları kimi meydana gəlib. Bu qalıqların bəziləri o qədər böyükdür ki, onları cırtdan planetlər hesab etmək olar.

Bu planetlər Günəş ətrafında fırlanmağa başladıqdan sonra onların hərəkəti artıq maddəni Plutonun orbitindən uzağa atıb. Oort buludunun daxili kənarı Günəşdən təxminən 2 000 ilə 5 000 astronomik vahid (AU) məsafədə yerləşir, xarici kənarı isə 10 000 ilə 100 000 AU arasındadır. Nəşrdə qeyd olunur ki, bir astronomik vahid təxminən 150 milyon kilometrə bərabərdir.

Tədqiqatçıların hesablamalarına görə, NASA-nın Voyager-1 kosmik gəmisi gündə təxminən 1,6 milyon kilometr sürətlə hərəkət etsə belə, Oort buluduna 300 il ərzində çata bilməz və onu tərk etmək üçün daha 300 000 il lazımdır. Bu qədər böyük məsafə o deməkdir ki, buluddakı cisimlər çox kiçik və zəif parlaqlığa malikdir, həmçinin çox yavaş hərəkət edir ki, onları ən güclü teleskoplarla belə birbaşa görmək mümkün deyil.

Burada Pleiades superkompüteri köməyə yetişib. Alimlər Oort buludunun quruluşunu modelləşdirmək üçün kometlərin orbitləri və Günəş sisteminin daxilində və xaricindəki qravitasiya qüvvələri haqqında məlumatlardan istifadə ediblər.

Nəşrdə qeyd olunur ki, bundan sonra alimlər modeli superkompüterdən keçiriblər və bu, Oort buludunun daxili hissəsinin Süd Yolu spiral diskini xatırladan quruluşunu ortaya qoyub. Model.ə görə, bu daxili Oort buludunun qolları bir kənardan digərinə 15 000 AU məsafəyə qədər uzanır.

İndi alimlər bu quruluşu müşahidələrlə təsdiqləmək üçün ya obyektləri birbaşa izləməli, ya da onlardan əks olunan işığı bütün digər fon və ön mənbələrdən ayırmalıdırlar. Bu tapşırıqlar inanılmaz dərəcədə çətindir və hələlik onların həlli üçün heç bir resurs ayrılmayıb.

Lakin alimlər əmindir ki, axtarışlara başlamağa dəyər. Onların sözlərinə görə, bu, kometlərin haradan gəldiyini və Günəş sisteminin necə inkişaf etdiyini başa düşməyə kömək edəcək.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri