Icma.az
close
up
RU
NASA niyə sizin gülüşünüzə diqqət yetirir? Maraqlı cavab

NASA niyə sizin gülüşünüzə diqqət yetirir? Maraqlı cavab

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə "şəxsi keyfiyyətlərə görə işə qəbul” ifadəsi tez-tez istehza ilə işlədilir, lakin görünür, insanları xarakterlərinə görə seçmək gözlənildiyindən daha səmərəli ola bilər. Hətta NASA bu yanaşmadan istifadə edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Your Tango" nəşri yazır.

Kosmik agentlik astronavtların seçimində şəxsi xüsusiyyətləri nəzərə almağa başladıqdan sonra alimlər maraqlı bir əlaqə aşkarlayıblar: insanın gülüş tərzi ilə onun emosional intellekti arasında birbaşa bağlılıq var.

NASA-nın apardığı tədqiqatlar göstərib ki, insanın gülüşünə əsasən onun emosional intellekt səviyyəsini müəyyən etmək mümkündür. Bu nəticələr jurnalist Çarlz Daxiggin "Superkommunikatorlar: Anlaşmanın gizli dilini açmaq” adlı kitabında təsvir edilib. Müəllif qeyd edir ki, ünsiyyət bacarıqları insan həyatının demək olar bütün sahələrinə təsir göstərir.

1980-ci illərdə NASA gözlənilməz bir problemlə üzləşib: astronavtlar tez-tez depressiyaya düşür və bir-birləri ilə mübahisə edirdilər. Beynəlxalq Kosmik Stansiya layihəsi başlayanda vəziyyət daha da önəm qazanıb, çünki ekipajlar orbitdə altı ayadək qalmalı idilər. Belə şəraitdə əsəbilik və gərginlik qəbuledilməz idi.

Buna görə də NASA qərara alıb ki, astronavtlar yalnız fiziki və intellektual göstəricilərlə deyil, həm də şəxsi keyfiyyətlərinə görə seçilməlidir. Alimlər müəyyən ediblər ki, müsahibə zamanı qarşı tərəflə gülüşü "sinxronlaşan” namizədlər daha yüksək emosional intellektə malik olurlar.

Psixoloqlar bunu belə izah edirlər: yüksək emosional intellektə malik insanlar başqalarının emosiyalarını, o cümlədən gülüşünü təqlid etməyə meyllidirlər. Bəzən vəziyyət çox da gülməli olmasa da, kiminsə səmimi gülüşü qarşı tərəfdə də eyni reaksiyanı yaradır — bu, emosional empatiyanın təzahürüdür.

NASA müşahidə edib ki, gülüş ritmi baxımından müsahibəçilərlə uyğunlaşan namizədlər sonradan daha yaxşı nəticələr göstərirlər. Onlar komandada ünsiyyəti asanlıqla qurur, münaqişələri daha səmərəli həll edir və stresli vəziyyətlərə daha dözümlü olurlar.

Bu gün Mars missiyasına hazırlıq çərçivəsində NASA hələ də psixoloji seçim metodundan istifadə edir. Çünki Marsa uçuş təkcə uzaq səfər deyil, həm də illərlə qapalı məkanda, Yer səmasının görünmədiyi bir mühitdə yaşamaq deməkdir. Burada yalnız ağıllı və dözümlü deyil, həm də psixoloji cəhətdən uyğun insanları tapmaq həyati əhəmiyyət daşıyır.

Hazırda NASA namizədləri "Böyük beşlik” şəxsiyyət modeli əsasında dəyərləndirir: ekstraversiya, xoşniyyətlilik, stresə davamlılıq və kollektivlə işləmək bacarığı əsas meyar sayılır. Və, əlbəttə, yumor hissi hələ də vacib amildir — çünki məhz o, münaqişələri yumşaldır, mənəvi ruhu qoruyur və ekstremal şəraitdə komanda birliyini gücləndirir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri