Icma.az
close
up
RU
NASA süni Günəş tutulması yaratmağa hazırlaşır

NASA süni Günəş tutulması yaratmağa hazırlaşır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

NASA Günəşin ən böyük sirlərini və onun Günəş sisteminə təsirlərini araşdırmaq üçün yeni missiyasına başlayır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Kosmik Agentliyi PUNCH (Polarimeter to Unite the Corona and Heliospheric) missiyasının bir hissəsi olaraq 4 peyklə günəş aktivliyini üç ölçüdə müşahidə edəcəyini açıqlayıb.

Yer Günəşə çox yaxın olsa da, alimlər hələ də bu nəhəng ulduzun fəaliyyəti ilə bağlı bəzi fundamental suallara cavab axtarırlar. Onlardan biri Günəşin xarici atmosferinin, tacının niyə onun səthindən qat-qat isti olması sualıdır. Həmçinin, günəş küləklərinin necə əmələ gəldiyi və kosmosda səyahət edərkən necə sürətləndiyi hələ tam məlum deyil.

NASA PUNCH missiyası ilə süni tam Günəş tutulması yaradacaq. Beləliklə, Günəşin tacı əvvəlkindən daha yüksək ayırdetmə təsvirləri ilə araşdırılacaq.

Alimlər tac kütləsinin atılması və günəş alovları kimi hadisələrin Yerə və kosmik texnologiyalara təsirlərini daha yaxşı başa düşməyi və kosmik hava hadisələri üçün daha dəqiq proqnozlar verməyi hədəfləyirlər.

NASA-dan verilən açıqlamada: “PUNCH ölçmələri sayəsində alimlər Günəşdən qoparaq Yerə çatan hadisələrin necə inkişaf etdiyini daha aydın görə biləcəklər. Bu, bizə kosmosda hava hadisələrinin təsirlərini və bəşəriyyətin robot-kəşfiyyat vasitələri üçün mümkün nəticələrini daha dəqiq proqnozlaşdırmağa imkan verəcək”, - deyə bildirilir.

Tarixi buraxılış fevralın 27-də Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından baş tutacaq.

"SpaceX-in Falcon 9" raketi aşağı Yer orbitinə dörd PUNCH peyki daşıyacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri