Icma.az
close
up
RU
NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Donald Tramp qalmaqallı, sensasion və müzakirələrə yol açan qərarları ilə təəccübləndirməkdə davam edir. "Daxildən güclü olaq" konsepsiyası ilə çıxış edən Tramp hesab edir ki, qlobal miqyasda siyasi və hərbi iştirakın məhdudlaşdırılması ölkənin sənaye potensialını gücləndirəcək, iqtisadiyyatı şaxələndirəcək və daxili bazarın inkişafına geniş imkanlar yaradacaq. Bu strategiyanın əsas tərkib hissəsi kimi ölkə daxilində işsizlərin sayının azaldılması, xüsusilə də milyonlarla insanın əmək bazarına inteqrasiyası prioritet elan edilib. Lakin bu, uğurlu olacaqmı? Bəziləri hesab edir ki, məlum yanaşma ABŞ-nin dünyadakı liderlik mövqeyinin zəifləməsinə səbəb ola bilər. Tramp tərəfdarları isə hesab edirlər ki, əksinə, bu siyasət mövcud zəiflikləri aradan qaldıracaq, ölkəni yenidən dünyanın aparıcı supergücünə çevirəcək.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

130 minə yaxın dövlət işçisi ixtisar olunub

Yeri gəlmişkən, Trampın ABŞ prezidenti kürsüsünə əyləşməsindən dörd aydan artıq vaxt keçir və bu müddətdə ən maraq doğuran qərarlardan biri şübhəsiz ki, müxtəlif dövlət qurumlarında aparılan ixtisarlarla bağlıdır. Yanvardan bəri ölkədə 130 minə yaxın dövlət işçisi işdən çıxarılıb. Məlumata görə, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib, lakin ən çox ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) zərər çəkib. Eyni zamanda, Təhsil Nazirliyi işçilərinin 51%-ni ixtisar edib, 12 regional idarədən yeddisini bağlayıb. Bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur. Maraqlıdır ki, Tramp bu addımlarını bürokratiya ilə mübarizə adı altında həyata keçirir. "Bu ixtisarlar nəyə hesablanıb?" sualına verilən cavablar müxtəlifdir. Bəziləri bu qənaətdədirlər ki, bu, dövlət büdcəsinə qənaət etmək üçündür. Digərləri hesab edirlər ki, bu, daha çox əvvəlki komandaya bağlı olan şəxslərin uzaqlaşdırılmasına yönəlib.

Hədəfdə kəşfiyyat orqanları da var

İş o yerə çatıb ki, ixtisarlar Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ölkədəki digər kəşfiyyat orqanlarını da əhatə etməyə başlayıb. Bildirilir ki, bu sistemdə təxminən 1 200 nəfər ixtisar ediləcək. Ümumilikdə, MKİ-də təxminən 22 min nəfər çalışır. ABŞ administrasiyası kəşfiyyatçıların sayının azaldılması ilə bağlı planları barədə artıq Konqresi məlumatlandırıb. Prosesin bir neçə il ərzində baş tutması planlaşdırılır.

Artıq qanunvericilər Trampı bu addımları ilə əlaqədar sərt tənqid etməyə başlayıblar. Senatın Xüsusi Kəşfiyyat Komitəsində yüksəksəviyyəli demokrat Mark Uorner Tramp administrasiyasının hazırladığı planları tənqid edib. Qanunverici bildirib ki, atılan addımlar ölkənin təhlükəsizliyini zəiflədəcək.

Tramp administrasiyası NASA-nın 2026-cı il büdcəsinin təxminən dörddə birini də ixtisar etmək niyyətindədir. Xərclərə qənaət planı Beynəlxalq Kosmik Stansiyada ekipajın sayının və aparılan tədqiqatların həcminin azaldılmasını nəzərdə tutur. Trampın büdcə təşəbbüsünə əsasən, NASA-nın xərclərinin ümumilikdə 508 milyon dollar azaldılması təklif edilir.

80 illik ənənəyə son qoyulur

Dövlət aparatında təmizləmələr də davam etdir. Onun son qərarlarından biri prezident yanında xarici siyasət və təhlükəsizlik sahəsində nazirlik və qurumların fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olan məsləhətçi orqan - Milli Təhlükəsizlik Şurasının (MTŞ) 350 əməkdaşının təxminən yarısını inzibati məzuniyyətə göndərməsi olub. 1947-ci ildən mövcud olan MTŞ-nin rolunun əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır. ABŞ prezidenti onu keçmişin qalığı və "dərin dövlətin" nümayəndəliyi hesab edir, siyasi kursuna kifayət qədər loyal olmamaqda günahlandırır. Qeyd edək ki, MTŞ 1947-ci ildə prezident Harri Trumenin administrasiyası zamanında Milli Təhlükəsizlik Aktına uyğun olaraq yaradılmışdı. Şura Prezident Administrasiyasının mühüm hissəsinə çevrilərək, ölkənin qarşısında duran məsələlərin həllinə kompleks yanaşmanı təmin edirdi. MTŞ xarici siyasətin hazırlanması və əlaqələndirilməsində, milli təhlükəsizlik məsələləri üzrə tövsiyələrdə, böhran vəziyyətlərinə reaksiyada və xaricdəki mühüm əməliyyatların əlaqələndirilməsində əsas orqan idi. Şura faktiki olaraq, federal hökumətin bütün diplomatik, hərbi və iqtisadi alətlərini vahid sistemdə birləşdirir. Con Kennedinin prezidentliyi dövründə MTŞ Karib böhranının aradan qaldırılmasında həlledici rol oynamışdı. MTŞ-nin işinə ənənəvi olaraq Pentaqon, Dövlət Departamenti, kəşfiyyat xidmətləri də daxil olmaqla, müxtəlif departament və agentliklər cəlb olunur.

Harvard Universitetinin də pulu kəsilir

Ən maraqlı gediş isə Tramp administrasiyasının Harvard Universitetinin federal maliyyələşdirilməsinin 60 milyon dollar məbləğində azaldılmasını bəyan etməsidir. ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin "X" sosial şəbəkəsindəki məlumatında deyilir ki, qurum "ali təhsil sahəsində vətəndaş hüquqlarının qorunması üçün addımlar atıb". Fələstini dəstəkləyən nümayişləri ilə tanınan universitetlərdən biri olan Harvard antisemit əhval-ruhiyyədə və irqi ayrı-seçkilik problemini həll edə bilməməkdə günahlandırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri