NASA və Pentaqon “SpaceX” raketlərinə alternativ tapmağa çalışır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) və Pentaqonun nümayəndələri astronavtların və yüklərin Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırılması, habelə orbitə hərbi peyklərin çıxarılması məqsədilə “SpaceX” raket və gəmilərinin əvəzedicisini axtarırlar.
APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Məlumata görə, ABŞ prezidenti Donald Tramp və İlon Mask arasında baş vermiş mübahisədən sonra NASA və Pentaqonun nümayəndələri Maskın “SpaceX” şirkətinin rəqiblərinə alternativ buraxılış aparatları və gəmiləri tez bir zamanda inkişaf etdirmək çağırışı ilə müraciət ünvanlayıblar.

